1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:27.08.2018 14:10:01

Türkiyə prezidenti Suriyaya dair vəd verib.

İslamazeri.com-un “Reuters”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya və İraqa sülh gətirəcəyinə dair vəd verib.

Ərdoğan bildirib ki, qonşu ölkələrin ərazisində fəaliyyət göstərən terrorçular məhv ediləcəklər.

Xatırladaq ki, türkiyəli lider daha öncə bildirmişdi ki, 7 sentyabr tarixində Türkiyədə Rusiya, Almaniya, Fransa və Türkiyə rəhbərlərinin iştirakı ilə sammit baş tutacaq. Sözügedən tədbir Suriya böhranının həllinə və regionun digər aktual problemlərinə ithaf ediləcək.

Rusiya və Türkiyə Suriyadakı böhranın siyasi yolla həll edilməsinin lehinə çıxış edir. Rəsmi Moskva və Ankara mütəmadi olaraq Suriyadakı sülhü yaxınlaşdırmaq üçün müxtəlif səviyyələrdə görüşlər keçirir.

Rusiya prezidenti Vladimir Putinin fikrincə, Türkiyə və Rusiya Suriya böhranının həlli istiqamətində ciddi irəliləyişə nail olub.


Ərdoğan Suriya və İraqa dair vəd verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrail şirkətinə məxsus gəmidəki partlayış İranın cavabıdırmı?
    İngiltərə dəniz ticarəti əməliyyatı təşkilatı dünən Oman dənizindən keçərkən sionist rejimin mülkiyyəti altında olan yük gəmisində partlayışın baş verdiyini bildirib
     27.02.2021
    Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır - Mehr xəbər agentliyi
    Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır.
     27.02.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ