Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:6.12.2021 14:34:43

“Təmənnamız odur ki, Taliban rəhbərliyi verdiyi bütün vədləri yerinə yetirsin. Xüsusilə, qadınların sosial həyatı, uşaqların təhsili ilə bağlı mövzulara çox həssas yanaşırıq”, - deyə Ərdoğan vurğulayıb.

“Dohaya səfərimiz zamanı regional məsələlərlə bağlı, xüsusilə, Əfqanıstanın Kabildəki beynəlxalq hava limanının Türkiyə ilə Qətərin birgə əməkdaşlığı nəticəsində idarə olunması məsələsi gündəmimizdə olacaq”.

İslamazeri.com APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə iki günlük səfərindən öncə hava limanında jurnalistlərin sualların cavablandırarkən bildirib.

Ərdoğan deyib ki, Türkiyə Talibanın Əfqanıstanda sosial və humanitar məsələlərlə bağlı verdiyi vədləri yerinə yetirməsini istəyir: “Təmənnamız odur ki, Taliban rəhbərliyi verdiyi bütün vədləri yerinə yetirsin. Xüsusilə, qadınların sosial həyatı, uşaqların təhsili ilə bağlı mövzulara çox həssas yanaşırıq”.

Qeyd edək ki, Ərdoğan dekabrın 6-7-də Dohada keçiriləcək Türkiyə-Qətər 7-ci Yüksək Səviyyəli Strateji Komitənin toplantısında iştirak edəcək.

Səfər çərçivəsində Türkiyə Qətər əlaqələri hərtərəfli müzakirə ediləcək, regional və beynəlxalq məsələlərin həlli barədə danışıqlar aparılacaq.


Ərdoğan: "Taliban rəhbərliyi verdiyi bütün vədləri yerinə yetirməlidir"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tədrisi digər dillərdə olan şagirdlərin nəzərinə:
    “Bu, ilk dəfə tətbiq olunsa da, pandemiyadan əvvəl hazırlanıb, elan edilmişdi".
     25.01.2022
    Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
    Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
     25.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ