1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:17.10.2019 15:43:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampdan aldığı məktubu zibil qutusuna atıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampdan aldığı məktubu zibil qutusuna atıb.

İslamazeri.com  xəbər verir ki, bu barədə "BBC" Türkiyə liderinin administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, dövlət başçısı məktubu alıb oxuduqdan sonra, orada yazılanları qəti şəkildə rədd edib və onu zibil qutusuna atıb.

Daha əvvəl D.Trampın Türkiyənin Suriyada əməliyyatlara başladığı gün həmkarına məktub göndərdiyi məlum olmuşdu. Məktubda Trampın tvitlərinə xas olan ifadələr çoxluq təşkil edir. 

“Hörmətli cənab Prezident, gəlin, yaxşı bir razılaşmanı müzakirə edək! Siz minlərlə insanın qətliamında və qətlində günahlandırılmaq istəmirsiniz, mən isə Türkiyə iqtisadiyyatının çökdürülməsinə görə məsuliyyət daşımaq istəmirəm – amma bunu bacararam”, - məktubun birinci abzasında deyilir.

Tramp məktubda Ərdoğana "Əgər bu işi düzgün və insanpərvər bir şəkildə həyata keçirsəniz, tarix sizə müsbət baxacaq. Yaxşı şeylər baş verməzsə, sizi əbədi olaraq şeytan kimi görəcək. "Çətin adam" olmayın. Axmaq olmayın! Sizə sonra zəng edəcəyəm", -  deyib.

Qeyd edək ki, ilk olaraq Fox News müxbirinin Twitter səhifəsindən paylaşdığı məktub daha sonra Ağ Ev tərəfindən də təsdiqlənib. New York Times qəzeti Tramp-ın çərşənbə günü Suriya haqqında Konqres liderləri ilə keçirdiyi iclasda Türkiyənin hərbi əməliyyatlarına "yaşıl işıq" vermədiyini sübut etmək üçün Ərdoğana "ağır" məktub yazdığını bildirib.


Ərdoğan Trampın təhqiramiz məktubunu zibil qutusuna atdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bazar gününə olan statistika: Koronavirusdan sağalanların sayı 90 faizi keçdi
    Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma aşkarlanıb, 308 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.
     09.08.2020
    Gürcüstanda Qədir Xum bayramı keçirildi - FOTO
    Gürcüstanda İmamət və Vilayət bayramı olan Qədir Xum bayramı münasibətilə bayram keçirilib
     09.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ