“İsrail prezidenti cənab Hersoqla danışırıq. Onun Türkiyəyə gəlmə ehtimalı var", - Ərdoğan bildirib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Serbiya prezidenti Aleksandr Vuçiç ilə iki ölkə arasında imzalanan müqavilələrdən sonra təşkil edilən birgə mətbuat konfransında (19 iyul) bu barədə danışıb.
O, Şərqi Aralıq dənizində İsrail ilə əməkdaşlıq ehtimalının olduğuna diqqət çəkərək deyib: “İsrail prezidenti cənab Hersoqla danışırıq. Onun Türkiyəyə gəlmə ehtimalı var.
Cənab Baş nazir Benet də bu məsələyə müsbət yanaşır. İki ölkənin maraqları istiqamətində atılan addımlara Türkiyə biganə qalmır. Məqsəd savaşmaq yox, barışdır. Əgər neft sülh üçün bir vasitə olacaqsa, ondan istifadə edəcəyik. Əks qərar hər ölkənin özündən asılıdır. Türkiyənin qazma və seysmik tədqiqat gəmilərini müəyyən hədəf uğrunda satın aldığını hamı bilməlidir.”
Ərdoğan Türkiyə-İsrail münasibətləri barədə: "Məqsədimiz savaş yox, barışdır"