İbrahim Kalın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna Prezidenti Zelenski ilə görüş keçirmək üzrə bir neçə həftə sonra bu ölkəyə səfər edəcəyini bildirib.

İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatının nəticələrinin ağır və geri qaytarılmasının qeyri-mümkün olacağına diqqət çəkən İbrahim Kalın Türkiyənin problemin həllində istənilən rolu öhdəsinə götürməkdə hazır olduğunu bildirib. Mövzunun bir müddətdir gündəmdə olduğuna və gərginliyin artdığına diqqət çəkən Kalın, Türkiyənin cərəyan edən prosesləri narahatlıqla izlədiyini və bu gərginliyin riskli olduğunu qeyd edib.
“Türkiyə Ukraynada və ya Rusiya ilə Ukrayna arasında heç bir hərbi əməliyyat, qarşıdurma və ya müharibə istəmir. Türkiyənin Ukraynanın ərazi bütövlüyü, siyasi suverenliyini və sosial bütövlüyünə dəstəyi tamdır. Ankara region başda olmaqla dünyanın heç bir yerində müharibə görmək istəmir; Suriya, İraq və digər ölkələrdə qarşıdurmaları və ya müharibənin nəticələrinin nə qədər ağır olduğu aşkardır. Budur ki, hər iki tərəf də təmkinli olmalıdır. Türkiyənin problemin həlli istiqamətindəki səyləri davam edir. Prezident Ərdoğan həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Vladimir Zelenski ilə dəfələrlə danışıb. Cənab prezident hər iki ölkənin liderlərinə istərlərsə Türkiyənin problemlərin müzakirə ediləcəyi bir toplantıya ev sahibliyi edəbiləcəyini bildirdi. Türkiyə bu səyləri həm iki ölkənin dostu həm də NATO müttəfiqi olaraq göstərir. Prezidentimiz bir neçə həftə sonra Ukraynaya səfər gedərək Prezident Zelenski ilə görüşəcək. Rusiya ilə də təmaslarımız davam edəcək”-deyə Kalın vurğulayıb.
Ərdoğan Ukraynaya səfər edəcək