Ərdoğan yeni növ koronavirusla mübarizə çərçivəsində görülən tədbirlər ilə əlaqədar açıqlama verib.

İslamazeri.com TRT-yə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla mübarizə çərçivəsində görülən tədbirlər ilə əlaqədar açıqlama verib.
''Virusun yayılma sürətini 2-3 dəfə azaltdıq. Virusun öhdəsindən ən qısa müddətdə gələcəyik'', -deyə Ərdoğan bildirib.
Ərdoğan yeni növ koronavirusla mübarizə çərçivəsində görülən tədbirlərə və atılan addımlara toxunaraq bildirib ki,Türkiyə virusun yayılmağa başladığı gündən bəri prosesləri yaxından təqib edən, zamanında tədbirlər görən nadir ölkələrdən biridir. Səhiyyə xidmətinin tutumu və keyfiyyəti ilə bağlı heç kimin şübhəsi olmasın. Hər növ ssenariya qarşı hazırlıqlar görülüb.
''Virusun yayılma sürətini 2-3 dəzə azaltdıq. Virusun öhdəsindən ən qısa müddətdə gələcəyik'',-deyə Türkiyə prezidenti vurğulayıb.
Ərdoğan şəsxi ''Twitter'' səhifəsindən xalqa müraciət edərək deyib: "Heç bir düşmən millətimizin birliyindən, bərabərliyindən və gücündən üstün deyildir. Ümid edirəm ki, bu koronavirus təhlükəsini birlikdə dəf edəcəyik" .
Ərdoğandan ümidverici açıqlama: Virusun yayılma sürətini 2-3 dəzə azaltdıq