1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:14.08.2020 11:56:06

Razılaşma sənədində İsrail və BƏƏ arasında münasibətlərin bərpa ediləcəyi qeyd edilir.

İslamazeri.com xəbər verir ki,  ABŞ prezidenti Donald Tramp, İsrail Baş naziri Binyamin Netanyahu və Əbu-Dabinin vəliəhd-şahzadəsi Məhəmməd bin Zaid Ali-Nəhəyyan birgə bəyənatla çıxış ediblər.

Sənəddə İsrail və BƏƏ arasında münasibətlərin bərpa ediləcəyi qeyd edilir.

“İsrail və BƏƏ-dən olan nümayəndə heyətləri yaxın həftələrdə investisiya, turizm, birbaşa reyslər, təhlükəsizlik, telekommunikasiya, texnologiya, energetika, səhiyyə, mədəniyyət, ətraf mühit, qarşılıqlı səfirliklərin yaradılması və digər sahələr üzrə ikitərəfli sazişlərin imzalanması üçün görüş keçirəcəklər”, - deyə bəyanatda bildirilir.

Tramp bununa bağlı sosial şəbəkə üzərindən yazıb ki, İsrail və BƏƏ arasında sülh müqaviləsi əldə edilib.

Fələstin səfirini geri çağırdı: Bu xəyanətdir...

Fələstin rəhbərliyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İsrail ilə münasibətlərini normallaşdırmaq barədə razılığını Qüds, Əl-Əqsa məscidi və Fələstinə xəyanət kimi qiymətləndirib.
Fələstin rəhbərliyinin verdiyi yazılı açıqlamada BƏƏ-nin İsrail ilə razılaşmasının kəskin şəkildə qınandığı və rədd edildiyi bildirilib.
Bəyanatda BƏƏ-nin "işğalçı dövlət" İsrail tərəfindən işğal edilmiş İordan çayının qərb sahilinin bəzi hissələrinin ilhaqının müvəqqəti olaraq dayandırılması qarşılığında və  Əl-Əqsanı yəhudiləşdirmək planlarının kölgəsində bu razılığa gəldiyi vurğulanaraq deyilib ki, BƏƏ-nin İsrail ilə razılığı Qüds, Əl-Əqsa məscidi və Fələstinə qarşı xəyanətdir. Bu addım Ərəb Sülh Təşəbbüsü, Ərəb Birliyi və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) iclaslarının qərarlarını və beynəlxalq qanunları məhv etməkdir. Bu həm də Fələstin xalqının hüquqlarını, müqəddəslərini, xüsusən  Əl-Əqsa məscidi və 1967-ci il sərhədlərində müstəqil Fələstin dövlətinin tələblərini gözdən yayındırmaqdır.
Bəyanatda BƏƏ bu qərardan geri dönməyə çağırılaraq,  ərəb xalqlarının bu cür qərarlara etibar etməməsinin vacibliyi vurğulanıb.
Bəyanatda BƏƏ və ya başqa bir tərəfin Fələstin xalqı adından danışmaq hüququnun olmadığına işarə edilib və bildirilib ki, Fələstin Azadlıq Təşkilatı Fələstin xalqının yeganə qanuni nümayəndəsidir. Fələstin rəhbərliyi Ərəb Birliyini təcili iclasa və İƏT-ni də bu qərarı rədd etməyə çağırır.
Daha sonra Fələstin BƏƏ-İsrail arasında imzalanan normallaşma razılaşmasına cavab olaraq səfirini Əbu-Dabidən çıxarıb.

Türkiyə: İkiüzlülük...

Türkiyə XİN BƏƏ-nin İsraillə razılıq əldə edərək ikitərəfli münasibətləri normallaşdırmaq qərarını ikiüzlülük adlandırıb.

“Regiondakı xalqların tarix və vicdanı öz kiçik maraqlarına görə Fələstin məsələsinə xəyanət edən və bunu fədakarcasına atılmış addım kimi təqdim etmək istəyən BƏƏ-nin riyakar hərəkətini unutmayacaq və heç vaxt bağışlamayacaq”, - deyə bəyanatda bildirilib.

Türkiyə XİN əlavə edib ki, BƏƏ-nin Fələstinin adından İsraillə danışıqlar aparmağa haqqı yoxdur.

İrandan ilk reaksiyalar...

*İran Xarici İşlər Nazirliyi əmirliklərlə sionist rejim arasında diplomatik əlaqələrin qurulmasını pisləyib. 

Nazirlik bunu strateji ağılsızlıq adlandırıb. Bildirib ki, şübhəsiz, onun nəticəsi, regionda müqavimət mehvərinin güclənməsi olacaq.

İran Xarici İşlər Nazirliyi bu gün bir bəyanatda bildirib ki, məzlum Fələstin xalqı və dünyanın bütün azadlıqsevər xalqları heç vaxt qəsbkar və cinayətkar sionist rejimlə münasibətlərin adiləşdirilməsini və bu rejimin cinayətləri ilə əlbir olmağı bağışlamayacaqlar.

"Şübhəsiz, müqavimətin yetmiş il ərzində müqəddəs Fələstin ölkəsinin və müsəlmanların ilk qibləsinin azadlığı yolunda nahaqcasına tökülən qanları gec-tez Fələstin amalına xəyanət edənlərin yaxasını tutacaqdır. İran Əbu-Dəbinin saxta, qanunsuz və bəşəriyyətə zidd sionist rejimlə münasibəti adiləşdirmək üzrə biabırçı hərəkətini təhlükəli addım hesab edir və sionist rejimin Fars Körfəzi bölgəsinin parametrlərinə hər cür müdaxiləsi barədə xəbərdarlıq etməklə bildirir ki, əmirliklərin hökuməti və onu müşayiət edən digər hökumətlər bu addımın bütün nəticələrinin məsuliyyətini qəbul etməlidirlər.

Tarix göstərəcəkdir ki, sionist rejim tərəfindən buraxılan bu strateji səhv və əmirliklər tərəfindən Fələstin xalqına və bütün müsəlmanlara haqsız olaraq arxadan vurulan bu xəncər, müqavimət mehvərinin güclənməsinə səbəb olacaq, sionist rejimə və regiondakı mürtəcelərə qarşı həmrəylik və birliyi kulminasiya nöqtəsinə çatdıracaqdır."

*İran Parlamenti sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hüseyin Əmir-Abdollahian BƏƏ-nin sionist rejimlə münasibətlərinin normallaşdırılmasını strateji səhv adlandıraraq deib,  bu hərəkətlə BƏƏ sionizm oduna alışacaq. 

Abdollahian şəxsi "Twitter" səhifəsində yazıb: "BƏƏ-nin saxta və cinayətkar Sionist rejimi ilə münasibətlərini normallaşmağa meyl etməsi nəinki sülh və təhlükəsizliyin xeyrinə deyil, əksinə, sionistlərin cinayətlərinin davam etməsinə xidmət edir. Əbu Dabinin bu davranışını heç cür əsaslandırmaq olmaz və bu, Fələstin və Qüds ideallarından açıq şəkildə dönüşdür. Bu strateji səhvlə BƏƏ sionizmin alovuna alışacaq."

Türkiyə Prezident Aparatının sözçüsü də xəyanət dedi...

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əldə edilən normallaşma razılaşmasına reaksiya göstərərək, tarixin Fələstin xalqına və davasına xəyanət edənlərin puça çıxan xəyallarından yazacağını bildirib.
Kalın "Twitter" hesabından İsrail və BƏƏ arasında əldə edilən razılaşma ilə bağlı açıqlama verib. 
Kalın şərhində "Fələstin xalqına xəyanət edənlərin xəyal qırıqlığını tarix əlbəttə yazacaqdır"səbəblərini yazacaqdır." ifadəsini işlədib.


Ərəb Əmirliyi İsraillə əlaqələri rəsmi olaraq normallaşdırdı - İLK REAKSİYALAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ