Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:9.08.2022 12:20:55

Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian, Tayvan boğazındakı gərginliyə ABŞ-ın səbəb olduğunu bildirərək, "ABŞ tərəfi bunun bütün məsuliyyətini və ciddi nəticələrini öz üzərinə götürməlidir", - deyib.

İslamazeri.com xəbər verir ki, Çin Müdafiə Nazirliyinin sözçüsü Qian ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri nəticəsində başlayan gərginliklə bağlı qiymətləndirmələr edib.

Qian açıqlamasında bildirib:

"ABŞ-ın təhrik etdiyi Tayvan boğazında mövcud gərgin vəziyyət, yalnız ABŞ tərəfindən yaradılıb. 

Bütün məsuliyyəti və ciddi nəticələri ABŞ öz üzərinə götürməlidir.

Çin tərəfi Pelosinin Tayvana səfərinə və iki ölkə arasındakı münasibətlərə ciddi xəbərdarlıq etmişdi. Lakin Pelosi qəsdən Tayvana səfər etdi və bununla da təxribat yaratdı.

ABŞ-ın təxribatçı hərəkətlərinə cavab olaraq Çin ABŞ hərbi rəhbərləri ilə telefon danışıqlarını və Çin-ABŞ Müdafiə nazirlikləri arasında işgüzar görüşləri ləğv etdi. Ünsiyyət səmimiyyət tələb edir. ABŞ böhran yaradarkən, onu idarə etdiyini iddia edir, bəhanələr gətirir, yalan məlumatlar yayır, təxribatçı əməllərini ört-basdır edir və insanları çaşdırır".


Rəsmi Pekin: Tayvandakı gərginliyin yeganə səbəbkarı ABŞ-dır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənilərin Kəlbəcərdə basdırdığı növbəti 259 mina zərərsizləşdirilib
    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
     28.09.2022
    İstehlaka yararsız müxtəlif növ süd məhsulları məhv edilib
    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.
     28.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ