1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:08.05.2019 12:45:56

Bu gün İranda Nazirlər Kabinetinin iclasında çıxış edən İran prezidenti nüvə danışıqları ilə bağlı açıqlama verib

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bu gün İran Nazirlər Kabinetinin iclasında çıxış edən İran prezidenti Həsən Ruhani nüvə danışıqları ilə bağlı açıqlama verib.

O nüvə anlaşmasının ilk günündən İranın düşmənləri olan bəzi amerikalılar, sionist rejim və bəzi bölgə ölkələrinin bu razılaşmağa qarşı olduğunu qeyd edərək "Bu gün mayın 8-i, Amerikanın nüvə anlaşmasından qanunsuz şəkildə çıxmasından və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini tapdamasından bir il keçir. Nüvə anlaşmasına üzv ölkələrə elan etdik ki, daha öz ağır su və zənginləşdirilmiş maddələrimizi satmırıq.", -deyə bildirib.

"Nüvə anlaşmasına üzv ölkələrə elan etmişik ki, müzakirə masası arxasına gəlmələri üçün 60 gün fürsətləri var və əgər müzakirə masası arxasında beş ölkə ilə nəticəyə çatsaq və iki mühüm mənfəət kimi neft və bank sahələrində İranın əsas maraqları təmin edilsə, öncəki şəraitə geri dönəcəyik, yox əgər 60 günün sonunda biz nəticəyə çatmasaq, iki digər addımı atacağıq.", -deyə Həsən Ruhani əlavə edib.

İran prezidenti sözlərinin davamında deyib: "İranın nüvə anlaşmasındakı razılığı bu olmuşdu ki, zənginləşdirməni 67,3 səviyyəsində saxlasın; bu addımdan çəkinirik, yəni daha bizim üçün bir səviyyə yoxdur və Ərak ağır su reaktoru ilə bağlı olaraq, 60 gündən sonra nüvə anlaşmasından öncəki proqramı davam etdirmək və Ərak ağır su reaktorunu təkmilləşdirmək barədə qərar çıxaracağıq."

"Nüvə anlaşmasındakı beş ölkəyə müraciətdə açıq şəkildə demişik ki, əgər bizim bugünkü addımımızdan bəhanə axtarıb, İranın işini təhlükəsizlik şurasına qaytararlarsa, olduqca qətiyyətli bir addımla üzləşmiş olacaqlar. İran heç vaxt müharibəyə başlayan tərəf olmayıbdır, amma heç vaxt da quldurluğa təslim olmur.", -deyən Ruhani "Seçdiyimiz yol müharibə yolu deyil, əksinə diplomatiya yoludur.", - bildirib.


Ruhani: İran zənginləşdirilmiş uran və ağır su satışını dayandırdı, 60 gününüz var...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019
    Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı (FOTOLAR)
    Xaçmaz rayonunun Nərəcan kəndində üç gün öncə baş verən intihar hadisəsinin təfərrüatı üzə çıxıb.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ