EURO 1,8907 TRY 0,2924
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.03.2019 09:55:42

İslamçı məhbuslar Ruhullah və Məhəmmədəli Axundzadə saxlanıldıqları həbsxanada aclıq aksiyasına başlayıblar

İslamazeri.com xəbər verir ki, İslamçı məhbuslar AİP rəsmisi Ruhullah Axundzadə və oğlu Məhəmmədəli Axundzadə saxlanıldıqları həbsxanada aclıq aksiyasına başlayıblar.

Bu haqda insan haqları müdafiəçisi Oqtay Gülalıyev özünün sosial şəbəkə profilində yazıb.

"İslam partiyası Astara rayon təşkilatının sədri, siyasi məhbus Ruhulla Axundzadə saxlandığı 15 saylı cəza çəkmə müəssisəsində aclıq aksiyasına başlayıb. O, ona qarşı olan qeyri- insani münasibətə, "kars"- a salınmasına etiraz əlaməti olaraq bu addımı atıb. Atasına dəstək olaraq digər siyasi məhbus, Ruhulla Axundzadənin həbsdə olan oğlu Məhəmmədəli Axundzadə də sabahdan aclıq aksiyasına başlayacağını bildirib...

Ruhulla Axundzadə 8 ildir həbsdədir. 2013- cü ildə ürəyindən əməliyyat olunub. Səhhətində ciddi problemlər var. Hər gün dərmanlar qəbul edir. Onun "kars"- da saxlanması və aclıq aksiyası keçirməsi həyatı üçün təhlükəlidir.

Cəzasının çoxunu çəkmiş özünün və oğlunun azadlığa çıxacağı gözlənildiyi halda Ruhulla Axundzadəyə qeyri- insani münasibət göstərib (onun saqqalının qırxılması tələb olunub- red.) "karsa"- a salınması şübhəli və müəmmalıdır..." - deyə Oqtay Gülalıyev  qeyd edib.

Məsələ ilə bağlı Ruhullah Axundzadənin Məhəmməd adlı kürəkəni İslamazeri.com-a müraciət edib. O olanları təsdiqləyərək qaynatasının iki dəfə infarkt keçirdiyini, səhhətində ciddi problemlər olduğunu bildirib. Onun sözlərinə görə, verilmiş əfv sərəncamından əvvəl qaynatasının yanına gəliblər və sərəncama adının düşdüyünü bildirərək, ona sənədə imza atdırıblar. Sərəncamda adı çıxmadıqda isə o həbsxana rəhbərliyinə etiraz edib, bundan sonra onu "kars"a salıblar, o etirazlarını aclıq aksiyası ilə davam edəcəyini bildirib. Bunu eşidən oğlu Məhəmmədəli Axundzadə də saxlanıldığı həbsxanada atasının aclıq aksiyasına dəstək olaraq, o da aclıq keçirir.


Ruhullah Axundzadə aclıq elan edib - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ