Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:7.01.2021 14:48:52

İstanbuldakı “Müqəddəs Sofiya” məbədinin məscidə çevrilməsi Konstantinopol patriarxı Varfolameyə Allah tərəfindən göndərilmiş bəladır.

İslamazeri.com az.shafaqna.com xəbər verir ki, belə bir iddia ilə Rus Pravoslav kilsəsinin başçısı Patriarx Kirill çıxış edib.

“Varfolomey Kiyevdə təkfirçiləri pravoslav kilsəsinə, Kiyev Sofiyasına buraxdı, Allah evini pravoslavların əlindən aldı. Allahın bəlası da özünü gecikdirmədi. İstanbul Sofiyası məscidə çevrildi”, - Moskva və bütöv Rusiya Patriarxı bildirib.

Onun fikrincə günah o qədər böyük olub ki, Tanrının cəzası dərhal nazil olub.

Xatırladaq ki, Türkiyə hökumətinin qərarına əsasən, Ayasofiya ötən ilin iyulundan etibarən ibadət üçün müsəlmanların ixtiyarına verilib. Buna qədər isə TBMM məbədin 1934-cü ildə qüvvəyə minmiş muzey statusunu ləğv edib.

Məlumat üçün bildirək ki, Kirillin qəzəbləndiyi Konstantinopol patriarxı Varfolomey 2018-ci ildə Ukraynanın o zamankı prezidenti Pyotr Poroşenkonun təşəbbüsünə müsbət münasibət göstərərək Ukrayna Pravoslav Kilsəsi ilə Konstantinopol kilsəsinin birləşməsinə və “Yeni kilsə” yaranmasına razılıq vermişdi. Bundan sonra Rus Pravoslav kilsəsi onlarla münasibətlərə xitam vermişdi.


Rus Pravoslav kilsəsi Ayasofyanın məscid kimi fəaliyyətə başlamasını “Allahın bəlası” hesab edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Məlumat
     16.10.2021
    Bu gün İmamətin 11-ci günəşinin şəhadətə çatdığı gündür
    Rəbbiul-əvvəl ayının 8-i İmam Həsən Əskərinin (ə) şəhadəti günüdür.
     15.10.2021
    Düşmən artilleriyalarının məhv edilməsnin yeni görüntüləri - VİDEO
    Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı düşmənin artilleriya qurğularının məhv edilməsinin videogörüntülərini yayıb.
     26.05.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ