EURO 2,0842 NEFT 69,33
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:14.11.2017 14:57:28

ABŞ Suriyanın əl-Bukamal rayonunda qaçmaqda olan İŞİD üzvlərinə zərbə endirməkdən imtina edib.

ABŞ hərbi qüvvələri Suriyanın əl-Bukamal rayonundan qaçan İŞİD terrorçularına hava zərbələri endirmək təklifini yerinə yetirməkdən boyun qaçırıb.

İslamazeri.com "Sputnik"-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında deyilir ki, əl-Bukamaldakı olay bir daha sübut edib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD terror təşkilatının fəaliyyətini dəstəkləyir. Rusiya MN əl-Bukamaldan geri çəkilən İŞİD üzvlərinin hərbi karvanını əks etdirən peyk görüntüləri yayıb. Rusiya hərbi komandanlığı ABŞ koalisiyasına təklif edib ki, qaçmaqda olan İŞİD mövqelərinə qarşı birgə hava əməliyyatı təşkil etsinlər. Lakin ABŞ tərəfi təklifi rədd edib.

"Bu addım bir daha sübut edir ki, ABŞ Suriya ordusunun əl-Bukamal bölgəsində irəliləməsini qətiyyən arzulamır. Çünki ordunun irəliləyişi ABŞ-ın Fərat çayının şərqində Amerikayönümlü silahlı dəstələr tərəfindən idarə olunacaq zona yaratmaq planını alt-üst edir. ABŞ-ın İŞİD-ə qarşı sərgilədiyi susqunluq göstərir ki, bu planın həyata keçirilməsində terror təşkilatının da xüsusi rolu olacaqdı", - deyə Rusiya MN açıqlamasında deyilir.


Rusiya ABŞ-ın İŞİD-i dəstəklədiyini növbəti dəfə sübut edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhaninin
    Yanvar ayının 8-də İran prezidenti Maliyyə və İqtisadiyyat nazirləri, o cümlədən millət vəkillərilə görüşü zamanı verdiyi açıqlamalara böyük din alimlərinin etirazları davam etməkdədir.
     23.01.2018
    Neft və qızıl bahalaşıb
    Dünya birjalarında neft və qızıl bahalaşıb.
     23.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ