EURO 2,1335 NEFT 64,84
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.07.2017 15:55:30

Obama prezident olduğu dövrdə 35 rus diplomatının tələsik göndərilməsinə səssiz qalan Rusiya rəhbərliyi, bunun cavabını yaxın günlərdə vermək fikrindədir.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi həftə içində Rusiya mətbuatında sözügedən mövzu ilə əlaqədar yayılan xəbərləri təsdiqləyib. Belə ki, həftə ərzində rəsmi Moskvanın 30 ABŞ diplomatını göndərəcəyi deyilirdi. Məlumata görə, ABŞ-ın cavabının növbəti həftə veriləcək.

Rəsmi Moskva xarici işlər nazirinin müavini Sergey Ryabkovun 17 iyuldakı Vaşinqton səfərinin nəticəsini gözləyəcək.

Xatırladaq ki, bu ilin yanvar ayından prezidentlik postunu Donald Trampa təhvil verən Barak Obama vəzifə müddətinin bitməsinə az qalmış 35 rus diplomatını cəsusluqda günahlandıraraq deportasiya etmişdi. Həmin dövrdə Vladimir Putin buna cavab verməyəcəklərini, yeni rəhbərliyin davranışlarını gözləyəcəklərini bildirmişdi.

Rəsmi Vaşinqton uzun müddətdir ki, Rusiyanın 8 noyabr 2016-cı il tarixində keçirilən seçkilərə müdaxilə edib-etmədiyini araşdırır.

Daha əvvəl ABŞ xüsusi xidmət orqanları qəti şəkildə Moskva tərəfindən gələn həmlənin olduğunu bir neçə dəfə bəyan edib.

Rusiya isə irəli sürülən iddiaları rədd edir.


Rusiya gələn həftə ABŞ-ın cavabını verməyə hazırlaşır: Nazirlik təsdiqlədi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Badi Kubə qrupundan yeni
    İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, "Badu Kubə" İlahi Nəğmələr qrupu yeni ilahisini təqdim edib. İlahi 8-ci İmam Həzrəti Rza haqqında - "Ya Rza can" adlanır. Bu haqda özünün sosial şəbəkə profilində qrupun prodüsseri Elçin Ağazadə məlumat verib.
     17.02.2018
    Moskvada uşaq bağçasında azərbaycanlı qızın ölümü ilə bağlı TƏFƏRRÜATLAR
    Ötən gün Moskvada uşaq bağçalarının birində vəfat etmiş azərbaycanlı qızın atası Niyazi Rzayev qızın ölümü haqqında təfərrüatları açıqlayıb.
     17.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ