Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.01.2022 11:39:27

Bunu Ağ Evin sözçüsü Cen Psaki bildirib.

Psaki Ağ Evdə təşkil edilən mətbuat konfransında Ukrayna ilə Rusiya arasındakı gərginliklə bağlı cərəyan edən proseslərə münasibət bildirib.

İslamazeri.com xəbər verir ki, sözçü ABŞ dövlət katibi Antoni Blinkenin Ukrayna və Almaniyaya səfər edəcəyini, Ukrayna ilə Rusiya arasındakı gərginliyi azaltmaq üçün danışıqlar aparacağını bildirib. Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında dünən telefon danışığı baş tutduğunu ifadə edən Psaki, iki həmkarın Cenevrədə görüşmək barədə razılığa gəldiklərini, Blinkenin görüş zamanı gərginliyi azaltmaq üçün Rusiyaya xəbərdarlıq edəcəyini qeyd edib.

Ukrayna ilə Rusiya arasında yaranan gərginliyə görə, sərhəddə on minlərlə əsgər toplayan Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını ifadə edən Psaki: “ hazırda vəziyyət xeyli təhlükəlidir. Elə bir mərhələdəyik ki, Rusiya hər an Ukraynaya hücum edə bilər. Blinken Cenevrədəki görüşdə bununla bağlı diplomatik yol olduğunu açıq şəkildə bəyan edəcək. Ukraynaya təcavüzün ağır iqtisadi nəticələrinə məruz qalıb qalmamaq Putin və ruslardan asılıdır. Rusiyanın Ukraynaya müdaxiləsi halında atacağımız addımlar aydındır. Belə bir vəziyyətdə iqtisadi sanksiya tədbiqi mövzusunda avropalı tərəfdaşlar ilə yaxın təmaslarımız davam edir”.


"Rusiya hər an Ukraynaya hücum edə bilər"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev bir qrup hərbi qulluqçunu təltif edib - SİYAHI
    Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
     25.06.2022
    Sabah 33 marşrut xəttinin hərəkət qrafiki dəyişəcək
    Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
     25.06.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ