“Tərəflər bəsitdən mürəkkəbə doğru “kiçik addımlarla” hərəkət edərək konstruktiv, qeyri-siyasi axarda, şəffaf və praktiki nəticələrə hədəflənmiş ruhiyyədə dialoq aparmağa dair razılaşıblar".

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan Moskva danışıqlarının yekununda təmas nöqtələrini müəyyən etmək üçün konstruktiv və qeyri-siyasi istiqamətdə dialoq aparmağa dair razılığa gəliblər.
İslamazeri.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.
“Tərəflər bəsitdən mürəkkəbə doğru “kiçik addımlarla” hərəkət edərək konstruktiv, qeyri-siyasi axarda, şəffaf və praktiki nəticələrə hədəflənmiş ruhiyyədə dialoq aparmağa dair razılaşıblar. İki ölkə xalqlarının xeyrinə olacaq, regionun sabitlik və iqtisadi tərəqqi maraqları çərçivəsində təmas nöqtələrinin axtarışının davam etdirilməsi şərtləşdirilib“, - deyə qeyd edilib.
Xatırladaq ki, görüş Rusiya XİN başçısının müavini Andrey Rudenkonun vasitəçiliyi ilə keçirilib.
Rusiya XİN: "Türkiyə və Ermənistanın xüsusi nümayəndələri razılığa gəldilər ki..."