Rusiyada dinozavr yumurtaları aşkar edildi.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Rusiya Elmlər Akademiyasının (REA) Paleontologiya İnstitutunun alimləri və ölkənin digər 3 ali məktəbi Kemerovo vilayətinin ərazisində Təbaşir dövrünün vaxtlarına aid daşlaşmış dinozavr yumurtaları aşkar ediblər. Bu Rusiya tarixindəki ilk belə tapıntıdır.
Çox güman ki, bu yumurtanı böyük olmayan vəhşi dinozavr və ya primitiv quşlardan biri qoyub.
Alimlərin sözlərinə görə, Şestakovo kəndinin yaxınlığında daşlaşmış yumurta fraqmentlərinin tapılması Rusiya üçün olduqca mühüm və tarixi bir haldır.
Rusiyada ilk dəfə dinozavr yumurtası tapıldı