1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:24.04.2019 21:33:33

“Fəratın o tayındakı ərazilər hələ də təcrid edilmiş ərazilər olaraq qalmağa davam edir"

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının (BQ) Baş Əməliyyat İdarəsinin (BƏİ) rəisinin müavini Stanislav Qadjimaqomedov bəyan edib ki, İŞİD terror təşkilatı Suriyada Fərat çayının o tayındakı ərazilərdə “xortlaya” bilər.

“Fəratın o tayındakı ərazilər hələ də təcrid edilmiş ərazilər olaraq qalmağa davam edir ki, bu da orada yaşayan əhali arasında separatçı əhval-ruhiyyənin artmasına zəmin yaradır və (bütün) bunlar da Suriya və İraqın ərazi bütövlüyü üçün təhlükə mənbəyidir, həmçinin beynəlxalq İŞİD terror təşkilatının yenidən meydana çıxmasına səbəb ola bilər”, - deyə o qeyd edib.

O bildirib ki, Fəratın o tayında ABŞ hərbçilərinin əməliyyatlarının bitdiyini nəzərə alarsaq, nəqliyyat infrastrukturunun bərpası məsələsi xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Bu, suriyalıllara region boyu sərbəst hərəkət etməyə imkan verməlidir və çayının fərqli sahillərində yaşayan icmalara öz aralarında əlaqələri bərpa etməyə səbəb olacaq.

Onun sözlərinə görə, Rusiya tərəfi çay üzərində avtomobil körpüsü qurmağa cəhd edib, lakin ABŞ-ın mövqeyi bu təşəbbüsə mane olub.


Rusiyadan həyəcan təbili: İŞİD yenidən xortlaya bilər!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019
    Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı (FOTOLAR)
    Xaçmaz rayonunun Nərəcan kəndində üç gün öncə baş verən intihar hadisəsinin təfərrüatı üzə çıxıb.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ