Kiçik sərnişin təyyarəsində bir uşağın sağ qaldığı bildirilir.

Rusiyanın uzaq şərq bölgəsində kiçik sərnişin təyyarəsi qəzaya uğrayıb. İlkin məlumatlara görə, təyyarədə olan səkkiz nəfər həlak olub.
İslamazeri.com RT-yə istinadla xəbər verir ki, qəzadan bir uşağın sağ qurtulduğu bildirilir. Məlumata görə, təyyarə Uzaq Şərq əyalətinin mərkəzi Xabarovsk şəhərindən 1000 kilometr məsafədə yerləşən Nelkan kəndindəki hava limanına enişə hazırlaşarkən qəzaya uğrayıb.
Təyyarədə 9 nəfər olub. Onların iki nəfəri pilot, biri isə dörd yaşlı uşaq olub. 19 yerlik "Let L-410" tipli ikimühərrikli təyyarə "Khabarovsk Airlines" şirkətinə məxsus olub.
Rusiyanın Uzaq Şərq əyalətində təyyarə yerə çırpılıb, 8 nəfər ölüb