Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:8.08.2022 11:35:54

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Avqustun 9-da 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatacaq.

Elm və Təhsil Nazirliyindən "İslamazeri.com"a verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən namizədlər saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.


Sabah bağçalara işə qəbul üçün qeydiyyat başa çatacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənilərin Kəlbəcərdə basdırdığı növbəti 259 mina zərərsizləşdirilib
    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
     28.09.2022
    İstehlaka yararsız müxtəlif növ süd məhsulları məhv edilib
    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.
     28.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ