EURO 1,8968 TRY 0,2888
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:23.01.2019 01:12:08

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Sabah Bakının bir sıra yerlərində qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 525-ci məhəllə ünvanında mövcud diametri 219 mm-lik qaz xətti ləğv edilir, yeni çəkilmiş diametri 108 mm-lik qaz xətti müvcud şəbəkəyə qoşulur, Suraxanı rayonu ərazisində qaz tənzimləyici quraşdırılır, Səbail rayonu, Salyan şossesində (jurnalistlərin binasının yanı) isə yeraltı diametri 159 mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsi yeni çəkilmiş qaz xətti ilə əvəz edilir.

Bununla əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Nizami rayonu, Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsi və Əmircan qəsəbəsində, eləcə də Səbail rayonu, 20-ci sahə yaşayış massivi və Badamdar qəsəbəsi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.


Sabah Bakının bir sıra yerlərində qaz olmayacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İrana sanksiyanın ilk təsiri ABŞ-da görüldü
    ABŞ-ın İrana dair sərbəstliyi uzatmama qərarı ən başda bu ölkədə yanacaq qiymətlərinin yüksəlməsinə səbəb olub.
     25.04.2019
    “WhatsApp” istifadəçilərinə - YENİ QADAĞA
    Dünyanın ən populyar şəbəkələrindən olan “WhatsApp” yeni tətbiqlə gündəmə gəlib.
     25.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ