EURO 1,9828 NEFT 73,07
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:14.11.2017 16:18:46

Noyabrın 15-dən etibarən ölkə ərazisində binalara istilik sisteminin verilməsinə başlanılacaq.

Bu barədə Trend-ə açıqlamasında “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) abonentlərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev bildirib.

Şöbə müdiri qeyd edib ki, noyabrın 15-i səhər saatlarından artıq qazanxanalar işə salınacaq: “Səhər saatlarından istilik sisteminin verilməsinə başlanılacaq. Yaxın 2-3 gün ərzində bütün binalar istiliklə təchiz ediləcək. Artıq sistemin xətləri yoxlanılıb, nasazlıqlar tam aradan qaldırılıb və xətlər hazır vəziyyətə gətirilib”.

R.Əliyev bildirib ki, yaxın iki gün ərzində xətlərdə suyun təzyiqi nizamlanacaq, istilik dərəcəsi normallaşdırılandan sonra binalar istiliklə təmin olunacaq.

Şöbə müdiri bildirib ki, Bakı və Abşeron yarımadası ilə yanaşı, 43 rayonda istilik qazanxanaları var və həmin qazanxanalar da noyabrın 15-dən işə salınacaq.


Sabahdan evlərə istilik veriləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Təhsil aldığı məktəbin 700 bal toplayan ilk məzunu
    “700 bal topladığımı biləndə inanmadım”.
     21.07.2018
    Çin: İrana qarşı olan birtərəfli sanksiyaların qəti əleyhinəyik
    Çin Ticarət Nazirliyi Pekin rəhbərliyinin İrana tətbiq ediləcək birtərəfli sanksiyalara qarşı olduğunu, İran ilə əməkdaşlığa davam edəcəklərini açıqlayıb.
     21.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ