EURO 1,8829 TRY 0,289
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:27.07.2019 12:30:38

Azərbaycanın sabiq Xarici İqtisadi Əlaqələr naziri Qüdrət Quliyev öz oğlundan imtina edib.

Azərbaycanın sabiq Xarici İqtisadi Əlaqələr naziri Qüdrət Quliyev öz oğlundan imtina edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə keçmiş nazir sosial şəbəkədə bəyanat yayıb.

Q.Quliyev qeyd edib ki, onu bu addımı atmağa ABŞ-a köçmüş oğlu Murad Quliyevin (Mone Guliyev) “Azadlıq” qəzetinə verdiyi qalmaqallı müsahibə vadar edib.

Keçmiş nazir müraciətində bildirib ki, oğlu Murad Quliyevin sosial şəbəkədə çıxışları ilə bağlı açıqlama vermək məvburiyyətində qalıb:

“Təcrübəsiz bir gəncin atasının adı və fəaliyyəti ilə spekulyasiya etməsi acınacaqlı haldır və mən oğlumun hərəkətlərini ictimai formada pisləmək və qınamaq məcburiyyətində qalmışam. Onun mənim keçmiş həyatım, ictimai fəaliyyətimlə bağlı KİV-də çıxışlarını səhv, yanlış və yersiz hərəkət sayıram.

Muradın, “keçmiş nazirin oğlunun” təcrübəsizliyindən istifadə edib siyasi dividendlər qazanmaq istəyənlərə, məni siyasi oyunlara qatmağa çalışanlara etirazımı və bu oyunların fərqində olduğumu bəyan edirəm!

Mən həyatım boyu demokratik fikirli bir vətəndaş olmuşam və fikir azadlığını cəmiyyətin ali norması saymışam. Mən 25 ildir ki, dövlət qulluğundan öz siyasi fikirlərimə görə və öz iradəmlə getmişəm. Amma dünyanı az-çox gördüyüm və bildiyim üçün, cərəyan edən proseslərdən hali olduğum üçün açıq siyasi fəaliyyətə qoşulmaqdan vaz keçmişəm.

Muradın sadəlövhlüyündən, özünü özünün də dərk etmədiyi oyunlara soxduğundan pərişanam və onun bilərəkdən və ya qanmadan hörmətsizlik etdiyi şəxslərdən, tanışlarımdan və dostlarımdan üzr istəyirəm”.

 

 

Sabiq nazirimiz oğlundan imtina etdi: Dost-tanışdan üzr istəyirəm - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Məktəbdə din dərsi tədris olunacaqmı? - Təhsil Naziri cavab verdi...
    Azərbaycanda mövcud olan dövlət standartlarına əsasən məktəblərdə dinin tədrisi nəzərdə tutulmur.
     17.10.2019
    Trampın Ərdoğana
    Tramp-ın "Barış Pınarı Hərəkatı"-nın başladığı gün Ərdoğana Suriyanın şimal-şərqi ilə bağlı razılığa gəlməyə çağırdığı məktub ortaya çıxıb
     17.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ