Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:25.01.2022 10:17:29

Ermənistanın iki gün əvvəl istefa verdiyini elan etmiş prezidenti Armen Sarkisyanın Karib hövzəsindəki kiçik Sent-Kits və Nevis Federasiyasının vətəndaşı olması aşkarlanıb.

İslamazeri.com "Report"a istinadən xəbər verir ki, nəşr qeyd edib ki, Sarkisyan öz bəyanatında istefanın bir neçə səbəbini qeyd edib, lakin onların əsl səbəblərlə çox az əlaqəsi var. Onun vəzifədən getməsinin əsl səbəbi ən azı prezident seçilənə qədər başqa ölkənin vətəndaşlığının olması imiş.

Xüsusilə, Sarkisyan yaxın vaxtlara qədər Karib hövzəsindəki ada dövlətinin - Sent Kitts və Nevisin vətəndaşı olub.

Sərkisyan xarici ölkənin vətəndaşı olub-olmaması barədə suala cavab vermək əvəzinə sübut təqdim etməyi təklif edib.

O, xüsusən uzun illər əvvəl Sent-Kits və Nevis Federasiyasına (mehmanxana biznesi-red) sərmayə qoyduğunu, bundan sonra səhm payını ailəsinin bir üzvünə keçirdiyini iddia edib.

Sent-Kitts və Nevis hakimiyyətinin investisiya proqramı şərti ilə əcnəbilərə vətəndaşlıq vermək hüququ var. Sarkisyanın sözlərinə görə, o, Ermənistana xəbərdarlıq etmədən vətəndaşlıq alıb. 2013-cü ildə səfir təyin olunmazdan əvvəl vətəndaşlıqdan imtina barədə göstəriş verib.

 
Lakin 2017-ci ildə ona prezident olmaq təklifi irəli sürüləndə Sarkisyanın bunu yerinə yetirməyib. Bu məsələni həll etməli olan şəxs ölüb, Sarkisyan oğluna (eyni müəssisədə işləyir) məktub yazıb və ondan prosesi başa çatdırmağı xahiş edib.

Belə çıxır ki, Sarkisyan prezident seçilməzdən bir müddət əvvəl ada dövlətinin vətəndaşlığından imtina prosesinə başlayıb. Bu isə o deməkdir ki, o, bu vəzifəyə seçilə bilməzdi.

“Bütün fərmanlar, o cümlədən qanunlar, təyinatlar, seçkilər (hətta baş nazirin təyin edilməsi də) qanunsuzdur”, - nəşr yazıb.

“Prezident böyük ehtimalla Ermənistana qayıtmayacaq, çünki saxtakarlıq zəminində cinayət təqibi ilə üzləşə bilər”, - “Hetq.am” vurğulayıb.

Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-də istefa verib. O, iddia edib ki, Prezident ölkə və millət üçün indiki çətin dövrdə daxili və xarici siyasətin fundamental proseslərinə təsir göstərmək üçün lazımi alətlərə malik deyil.


Sarkisyanın məxfi xarici vətəndaşlığı və digər cinayətləri aşkarlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Həbsdə olan sabiq icra başçısının cəzası azaldılıb
    Sabiq başçısı İsmayıl Vəliyevin cəzası 10 ildən 9 il 6 ayadək endirilib.
     24.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ