1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:11.03.2020 13:30:32

Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco" son 10 ildə ilk dəfə olaraq gündəlik neft hasilatını 13 mln. barelədək artırmağı planlaşdırır.

İslamazeri.com  APA-ya istinadən xəbər verir ki, bu haqda tanınmış iqtisadi "Bloomberg" agentliyi "Saudi Aramco"nun yaydığı bəyanatı şərh edərkən yazıb.

Bununla dünyanın ən böyük ixracatçısı olan Səudiyyə Ərəbistanı şirkəti Rusiya və ABŞ-ın şist istehsalçıları ilə qiymət və tədarük rəqabətində gərginliyi artırmaq istəyir.

Qeyd edək ki, bazar ertəsi Rusiyanın OPEC-lə neft hasilatının azaldılmasına dair razılığa gəlməməsi, Səudiyyə Ərəbistanı tərəfindən neftin istehsalının artırması və yayılmış koronavirusun təsiri səbəbindən dünya bazarlarında neft 31% ucuzlaşıb. Daha sonra "qara qızıl"ın qiyməti bir qədər artıb. Hazırda "Brent" markalı neftin 1 barelinin qiyməti 36,67 dollar, WTI-ın isə 33,69 dollar təşkil edir.


Saudi Aramco gündəlik neft hasilatını 13 mln. barelədək artırır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə 786 nəfər koronavirusdan sağalıb
    Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 501-ə çatıb
     05.04.2020
    DSX: Düşmən təxribatı cavab atəşilə susduruldu
    Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən təx­ribatları davam edir.
     05.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ