EURO 2,0123 NEFT 63,12
USD 1,7002 RUB 0,0291
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:14.07.2017 13:30:52

Canlı efir zamanı dava baş verib.

İslamazeri.com-un OTV telekanalına istinadən verdiyi xəbərə əsasən, canlı efir zamanı Suriya Prezidenti Bəşər Əsədin tərəfdarı ilə əleyhdarı arasında əlbəyaxa dava baş verib.

İnsident əleyhdar - livanlı siyasətçi Bilal Dəkmək və tərəfdar - Suriya parlamentinin eks-deputatı Əhməd Şlaş eyni studiyada olan zaman baş verib.

Efir zamanı aparıcı, Şlaşın 2 həftə öncə İŞİD tərəfindən qətlə yetirilən qohumu ilə bağlı ona başsağlığı verib və Dəkməkə də baş sağlığı verməyi təklif edib. Dəkmək isə həyatını itirən bütün suriyalılara baş sağlığı verib.

Şlaş isə bundan sonra Dəkməkdən “ona baş sağlığı verib-vermədiyini soruşduqda”, o deyib ki, “sənə dəxli yoxdur”. Bundan sonra isə tərəflər dalaşmağa başlayıblar.

Telekanal əməkdaşları “davakarları” ayırıblar.


Əsəd tərəfdarı ilə əleyhdarı canlı yayımda əlbəyaxa oldular - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu ölkədə Skype bağlandı
    Skype- a qədər isə, Çində Whatsapp messenceri bağlanmışdı
     23.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ