EURO 1,9105 TRY 0,2915
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:15.10.2018 16:10:11

“Əsəd qalib gəldi, Vaşinqton isə uduzdu.”

İslamazeri.com-un “The National Interest”-ə istinadən verdiyi xəbərə əsasən, icmalçı Duq Bendou yazır ki, Suriya lideri Bəşər Əsəd “qalib gəlib, Vaşinqton isə məğlub olub”, ABŞ Suriyanın işlərinə müdaxiləyə son qoymalıdır.

Bendou deyir ki, 1 həftə Suriyada olub və qeyd edir ki, “burada kimin hər şeyə görə cavabdeh olduğuna şübhə yoxdur”.

Jurnalistin sözlərinə görə, Dəməşqdə ölkənin elitası yaşayır, şəhər isə hökumət binaları və təhlükəsizlik qüvvələri ilə doludur, demək olar ki, hər bir küçədə ölkə prezidentinin şəkilləri var.

Bendou hesab edir ki, ABŞ Əsədin getməyinə “stavka” qoymaqla səhvə yol verib, çünki Əsədin çoxlu tərəfdarı var.

Əsəd qalib gəldi, Vaşinqton isə uduzdu.”, - deyə o qeyd edib.

Bundan başqa, ABŞ tərəfi Suriyanı demokratik və liberal etməyi planlaşdırsa da, ABŞ-ın dəstəklədiyi heç bir qruplaşma bu planı həyata keçirə bilməzdi.

Jurnalist bildirib ki, ABŞ-ın Suriya torpaqlarındakı mövcudluğu qeyri-qanunidir və ABŞ Suriya hökuməti ilə həmkarlıq edən Rusiya və İrana qarşı çıxa bilməz.

Tramp administrasiyasının hərbi məqsədləri əsl fantastikaya çevrilib.”, - deyə o qeyd edib.

Bendounun fikrincə, bir neçə il öncə az adamın ağlına gələrdi ki, Əsəd Suriyanın böyük hissəsi üzərindəki nəzarəti bərpa edə biləcək, lakin hazırda Əsəd bütün düşmənlərinin öhdəsindən gəlib.

Tramp administrasiyası Vaşinqtonun son Yaxın Şərq fəlakətinə son qoymalıdır.”, - deyə o sonda bildirib.


Əsəd Trampa və digərlərinə qalib gəldi - The National Interest

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İndiyədək AÇG-dən 481 mln.tondan çox neft hasil edilib
    İşlənmənin əvvəlindən (1997-ci il) bu il aprelin 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 481,1 mln. ton neft və 156,2 mlrd. kubmetr qaz hasil olunub.
     22.04.2019
    Meriya rəsmiləri vətəndaşlarla görüşəcək - CƏDVƏL
    Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu il aprel ayının 24-dən əhali ilə fəal görüşlər aylığına start verilir.
     22.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ