1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:25.06.2018 09:56:50

Suriya prezidenti Rusiyanın NTV kanalında gedən "İradə Zeynalova ilə həftənin yekunu" verilişinə müsahibə verib.

İslamazeri.com-un Rusiyanın NTV telekanalına istinadən verdiyi xəbərə əsasən, Avropa və ABŞ Suriyanın bərpa edilməsi prosesində iştirak etməyəcək. Bu sözləri Suriya prezidenti Bəşər Əsəd səsləndirib.

Suriyalı lider bəzi siyasətçilərin hazırkı Suriya hökuməti hakimiyyətdə olduğu müddətcə Suriyaya yardım etməyəcəklərinə dair mesajlarını  “Avropanın Suriya müharibəsi boyunca etdiyi ən yaxşı bəyanatlar” adlandırıb.

O qeyd edib ki, yenidən qurma işləri sahəsinə dair layihələrə ABŞ və Avropanı cəlb etmək niyyətində deyil.

Biz sadəcə olaraq onlara bunu etməyə imkan verməyəcəyik. Onlar pulla gəlsələr də, gəlməsələr də, onlar borc, ianə və ya qrant, hər nə istəyirlər təklif etsələr də - Qərb bizə lazım deyil. Qərb “dürüstlük” məfhumundan uzaqdır: onlar vermirlər, onlar ancaq alırlar.”, - deyə Əsəd bildirib.

Onun sözlərinə görə, ölkəsi ancaq öz gücünə bel bağlayacaq, çətin vəziyyətlərdə isə dostlarının yardımına. “Ola bilsin ki, Suriyanın bərpası çox zaman alacaq, amma bununla belə narahatlıq üçün bir əsas yoxdur.”, - deyə o qeyd edib.

Eyni zamanda o deyib ki, bir çox Avropa şirkətləri Suriyada fəaliyyət qurmağa can atırlar, lakin həmin şirkətlərin amalı qazanmaqdan başqa bir şey deyil. Bu cür ekspansiyanı Avropa İttifaqı ölkələri də dəstəkləyir, lakin hələ ki, bu, açıq şəkildə bəyan edilmir, deyə Əsəd əlavə edib.

Söhbət müharibədən sonrakı bir ölkənin bərpasından - təxminən plyus-minus 400 milyarddan gedərkən, bu artıq bütöv bir bazar, bütöv bir iqtisadiyyat, bu investisiyalar deməkdir.”, - deyə o bildirib.

Xatırladaq ki, aprel ayında xəbər verilmişdi ki, Suriya hökuməti ölkə infrastrukturunun bərpasında Rusiya şirkətlərinə imtiyazlar verəcək. Mütəxəssislərin dəyərləndirmələrinə əsasən, ölkənin təsərrüfat kompleksinin yenidən qurulmasına 15 ilədək vaxt gedə bilər.


Əsəddən Avropa və ABŞ-a: 1 qəpiyinizə də ehtiyacımız yoxdur! - MÜSAHİBƏ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 12 min ziyarətçi Ərbəin yürüşü üçün Azərbaycandan İrana daxil olub
    Böyük Ərbəin yürüşü yaxınlaşdığı bu vaxtlarda İranın Astara sərhəd qapısından İraqa getmək üçün 12 min ziyarətçinin daxil olduğu bildirilib.
     16.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ