1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.07.2018 15:46:02

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

“FETÖ terror təşkilatına ağır zərbələr vurulub. Türkiyədə də, Azərbaycanda da FETÖ terror təşkilatının beli qırılıb. Bundan sonra da FETÖ-yə təşkilatına qarşı mübarizə davam etdiriləcək”. 

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. 
Səfir qeyd edib ki, Azərbaycan dövləti FETÖ terror təşkilatına qarşı mübarizədə hər zaman səmimi olub: “Məhz buna görə Azərbaycan prezidenti cənab İlham Əliyev başda olmaqla, Azərbaycan dövlətinə  öz təşəkkürümü bildirirəm”.

Səfir 15 iyul 2016-cı ildə FETÖ terror təşkilatı tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhd edildiyini xatırladıb. O vurğulayıb ki, türk xalqı həmin gün bu xain cəhdə öz layiqli cavabını verib: “15 iyul Türkiyənin tarixində mühüm qəhrəmanlıq günü idi. Təəssüf ki, həmin vaxt 250 nəfər vətəndaşımız şəhid oldu. FETÖ terror təşkilatı 40 ildə dövlətin içinə yerləşib və 15 iyul 2016-cı ildə hakimiyyəti ələ keçirməyə cəhd edib. Bu həmlə heç vaxt cəzasız qala  bilməzdi. Təşkilatın rəhbərlərindən olan 661 nəfər barəsində müvafiq qərar qəbul edilib, 101 iş üzrə istintaq aparılır. Eyni zamanda, FETÖ-ya qarşı  həyata keçirilən tədbirlər nəticəsində 180 min nəfər dövlət işlərindən uzaqlaşdırılıb”.


Səfir: “Türkiyədə də, Azərbaycanda da FETÖ-nün beli qırılıb”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Seyid Nəsrullah: Hizbullahın nə Venesuelada, nə də başqa ölkədə təşkilatı yoxdur
    Hizbullahının lideri Seyid Həsən Nəsrullah gündəm mövzuları ilə bağlı çıxış edib.
     16.02.2019
    Polad Bülbüloğlu və Rusiya DİN-in generalı çeçenlərlə azərbaycanlılar arasında insidenti müzakirə edib
    Hər iki iş məhkəməyə veriləcək və ictimaiyyət bu barədə məlumatlandırılacaq
     16.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ