1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:15.07.2019 11:39:10

Şəki Xan Sarayının qarşısında qədim çinar ağacının budağının aşması nəticəsində yaralananların bəzilərinin vəziyyəti ağırdır.

Şəki Xan Sarayının qarşısında qədim çinar ağacının budağının aşması nəticəsində yaralananların bəzilərinin vəziyyəti ağırdır.

Səhiyyə Nazirliyinin məlumatına görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicəsi davam edən Xatirə Ağamalıyevanın vəziyyəti ağırdır. Ona sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok diaqnozu qoyulub.

Onurğanın qapalı travması diaqnozu ilə müalicə alan digər yaralı Elxan Məmmədovun vəziyyəti isə orta-ağırdır.

Nazirlik bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə olan İlkin Məmmədovun (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasanın (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasanın (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil olaraq qalır, həyati təhlükələri yoxdur.


Bazar günü Şəki Xan Sarayının qarşısında qədim çinar ağacının bir parçası qırılaraq ətrafdakı turistlərin üstünə düşüb, şahidlər deyir.

"Ağacın budağı qırılıb", - Şəki polisindən BBC Azərbaycancanın müxbirinə bildirilib.

Azərbaycan Baş Prokurorluğunun və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə məlumatında deyilib ki, "1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşdüb".

Qurumdan bildirilib ki, hadisə nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb və onlar Şəki mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

"Onlara ilkin təcili-tibbi yardım göstərilib. Dörd nəfərin səhhəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdirilib", - məlumatda deyilib.


Şəkidə baş verən hadisə nəticəsində xəsarət alanlar:

  • İlkin Məmmədov (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq)
  • Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda),
  • Farik Həsən (sol incik sümüyünün sınığı),
  • Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı) - helikopterlə klinik tibbi mərkəzə (KTM) göndəriliblər
  • Xatirə Ağamalıyevanın isə (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) - təcili tibbi yardım avtomobili ilə travmatologiya institutuna aparılması müzakirə olunur
  • Digər xəsarət alan Elxan Məmmədovun (onurğanın qapalı travması) Şəki MRX-da müalicəsi davam edir. Vəziyyəti orta-ağır qiymətləndirilir.
  • Siyahıda olan digər şəxslərə tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıblar.

"FHN-in helikopterləri vasitəsilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimləri Şəki rayonuna göndərilib. Eyni zamanda, baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar", - məlumatda qeyd olunub.

Hadisə ilə əlaqədar Baş Prokurorluğun, FHN-in və Səhiyyə Nazirliyinin qaynar xətt telefon əlaqə mərkəzləri yaradılıb.

Sənəddə qeyd olunduğuna görə, baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicəsi Azərbaycan prezidentinin nəzarətindədir.

"Hadisənin başvermə səbəbləri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - Baş Prokurorluq və FHN-in məlumatında deyilib.

Bundan əvvəl Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Əbubəkirov BBC News Azərbaycancaya bildirib ki, hadisə nəticəsində 19 nəfər yaralanıb.

"İki yox, dörd nəfər xəstəxanaya yerləşdirilib", - Pərviz Əbubəkirov deyib.

Səhiyyə Nazirliyinin sözçüsü onu da bildirib ki, Bakıdan Şəkiyə həkim briqadası da gedib və ehtiyac olarsa, yaralılar Fövqəladə Hallar Nazirliyinin helikopterləri ilə paytaxta gətiriləcək.

Şahidlərin BBC News Azərbaycancaya dediklərinə görə, hadisə bazar günü saat 12 radələrində baş verib.

Dövlət Turizm Agentliyi xəsarət alanlar arasında həm yerli, həm də xarici vətəndaşların olduğunu qeyd edib.

Səhiyə Nazirliyinə istinadən yayılmış bəzi məlumatlara görə, xəsarət almış 19 nəfərdən 5 nəfəri Suriya vətəndaşı, 2 nəfər Rusiya vətəndaşı, qalanları isə Azərbaycan vətəndaşlarıdır.

"Hadisə barədə tam məlumat yoxdur, Bədbəxt hadisə baş verib, şəxsi heyət yönləndirilib", - Şəki polisindən BBC Azərbaycancanın müxbirinə deyilib.


Şəkidəki hadisədə yaralananların bəzilərinin vəziyyəti ağırdır - RƏSMİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ