1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:29.05.2019 14:30:45

Poznerin bu fikirlərinə Azərbaycandan Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov cavab verib, özü də şeirlə.

Bu günlərdə rusiyalı telejurnalist Vladimir Pozner erməni KİV-lərinə müsahibsində deyib ki, Dağlıq Qarabağa getmək istərdi. Bundan əlavə, Pozner ermənilərə böyük simpatiya ilə yanaşdığını, onları “çox ağıllı” hesab etdiyini deyib. “Azərbaycanlılar bilməlidir ki, mənim qəlbim ermənilərlədir”, - o bildirib.

Poznerin bu fikirlərinə Azərbaycandan Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov cavab verib, özü də şeirlə. Deputat rus dilində yazdığı şeiri Virtualaz.org-a göndərib.  İslamazeri.com onun şeirinin hərfi tərcüməsini oxuculara çatdırır:

 

Azərbaycanlılar başa düşməlidir ki
Pozner çoxdan vurulub
Və qəlbi ermənilərə verilib
Və özü onların qabağında əyilib

 

Daha nə etmək olar ki, başa düşürük
O, seçimini edib, artıq gizli deyil
Fikirlərini gizlətmədən, oynatmadan
O, qəlbini bizə açmağı qərara alıb

 

Budur, mən də həmin şeyi edirəm
Seçimimdə qətiyəm, gizlətmirəm
Deyirəm ki, Poznerin işi deyil
Torpağın kimin olduğu haqda hökm versin!

 

Holokost həqiqətləri kimi bilərək
Qarabağa səyahət arzu etmək
Haradaki Xocalı yanaraq
Haraya və külə çevrildi

 

O xalqla necə fəxr etmək olar ki
Njdeyə heykəl qoyub
Və qatillə, oğru ilə bir masaya oturmaq
Hansı ki, Qarabağı oda qaladılar

 

Yaxud Poznerə belə xoşdur
Ermənilərin hiyləgərliyi, məkrli olmağı
O, sərhədsiz riqqətdədir
Düşüncəsinə isə duman çöküb.

 

Bəli, biz də etiraf etməliyik ki, ürəyini
Pozner ermənilərə satdı
Amma ürəyi ilə birlikdə, bizə aydındır ki
O, ruhunu Şeytana satdı!!!


Səməd Seyidov Vladimir Poznerə şeirlə cavab verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ