1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:09.03.2019 11:43:27

Ötən gün Şəmkir rayonunda baş vermiş yol qəzasında ölən və yaralananların adları məlum olub.

Ötən gün Şəmkir rayonunda baş vermiş yol qəzasında ölən və yaralananların adları məlum olub.

Məlumata görə, ölənlər Şəmkir rayon Əliyaqublu kənd sakini, "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Ruslan Vilayət oğlu Kazımov və onun sərnişini, 2000-ci il təvəllüdlü Elxan Nəsimi oğlu Cəlilovdur.

Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Taleh İspəndiyar oğlu Ələkbərov və onun həmyaşıdı Bağır İlham oğlu Hüseynov yaralanıb. Yaralılardan biri Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Digər yaralı isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həmin yaralının da Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi planlaşdırılır.

Yük maşının sürücüsünün isə xəsarət almadığı bildirilir.

Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşının idarə etdiyi TIR-la Şəmkir rayonunun Əliyaqublu kənd sakini Ruslan Kazımovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub. Nəticədə 2 nəfər ölüb, digər ikisi isə yaralanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (nəqliyyatda ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. ("Report")


Şəmkirdə yol qəzasında ölən və yaralananların adları məlum olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kərbəlada Əhlibeytə üç başlı ox atan Hərmələnin aqibəti - VİDEO HEKAYƏ
    “Shafaqna Azərbaycanca”nın layihəsi “Kərbəlada Əhlibeytə üç başlı ox atan Hərmələnin aqibəti” adlı videonu təqdim edirik.
     23.09.2020
    Bəhreynlilər ölkələrinin İsraillə yaxınlaşmasına etiraz etdi - VİDEO
    Etirazçılar “Normallaşma - xəyanətdir” kimi şüarlar səsləndiriblər.
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ