EURO 1,9292 NEFT 57,09
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:13.11.2018 17:15:05

Səudiyyə hökumətinin sözçüsü, Nader və Zamelin vəkilləri kimi, şərh verməkdən boyun qaçırıb.

Vəliəhd şahzadə Məhəmməd bin Salmana yaxın olan Səudiyyə kəşfiyyat rəsmilərinin keçən il apardığı müzakirələrlə tanış olan üç şəxsin sözlərinə görə, bir neçə biznesmen və özəl şirkətdən krallığın iranlı düşmənlərinə sui-qəsd həyata keçirilməsi təklif olunub.

Virtualaz.org bildirir ki, bu barədə “New York Times” nəşri yazıb.

Bu, şahzadə Məhəmmədin varis şahzadə və müdafiə naziri olduğu, hakimiyyətini gücləndirməyə başladığı dövrdə - jurnalist Camal Xaşoginin öldürülməsindən bir il əvvəl baş verib.

Nəşr bildirir ki, Səudiyyə rəsmiləri Xaşoginin ölümündən bəri bunu onun qətlinə əmr vermiş məmurun xəyanəti kimi qələmə verir və adını açıqlamırlar. Amma həmin rəsmi şəxs, general Əhməd əl-Əsiri 2017-ci ilin mart ayında Riyadda iş adamlarının İran iqtisadiyyatını sabotaj etmək üçün xüsusi kəşfiyyat işçilərindən istifadə etməklə, 2 milyard dollarlıq bir planın hazırlandığı yığıncaqda iştirak edib.

Müzakirələr zamanı Səudiyyə Ərəbistanının maliyyələşdirməyə çalışdığı plan daxilində general Əsirinin ən yaxşı köməkçiləri İran İnqilab Keşikçiləri (İİKK) “Qüds” Qüvvələrinin lideri Qasim Süleymaninin - Səudiyyə Ərəbistanının qatı düşməninin öldürülməsi ilə də maraqlanıblar.

Görüşü təşkil edən Livan-amerikalı iş adamı Corc Nader olub. Bundan əvvəl o, şahzadə Məhəmmədlə görüşüb və Ağ Ev səlahiyyətlilərini “İran planı” ilə tanış edib.

Yığıncaqda iştirak edən digər iştirakçı - Coel Zamel İsrailin və ABŞ-ın kəşfiyyat və təhlükəsizlik orqanları ilə dərin əlaqəsi olan şəxsdir.

Həm Nader, həm də Zamel xüsusi məsləhətçi Robert Müllerin araşdırmasında şahidlərdir və prokurorlar onlara İran təklifi ilə bağlı Amerika və Səudiyyə rəsmiləri ilə müzakirələr barədə suallar veriblər.

Bu araşdırma xəttinin Müllerin geniş sorğusuna necə uyğun gəldiyi aydın deyil. Amma 2016-cı ildə Zamelə məxsus “Psy-Group” şirkəti Trampın seçki kampaniyası çərçivəsində sosial media manipulyasiyasında iştirak edib.

Səudiyyə hökumətinin sözçüsü, Nader və Zamelin vəkilləri kimi, şərh verməkdən boyun qaçırıb.

İran iqtisadiyyatını sabotaj etmək planı haqqında 2017-ci ilin mart ayında keçirilən həmin görüşdə iştirak edən o üç nəfərin sözlərinə görə, iş adamlarına yüksək səviyyəli İran rəsmilərinin öldürülməsi də tapşırılıb. Amma iş adamları vəkilləri ilə məsləhətləşmələrin lazım olduğunu söyləyərək tərəddüd ediblər.

Vəkillər bu planı rədd edib və iş adamları səudilərə heç bir sui-qəsddə iştirak etməyəcəklərini söyləyiblər. Nader təklifi öhdəsinə götürə biləcək, İngiltərənin xüsusi əməliyyat qrupları tərəfindən idarə olunan bir London şirkəti ilə bağlı səudilərə məlumat verib. Onun təklif etdiyi şirkətin adı bəlli deyil.

Daha bir maraqlı məqam. Cənab Nader və cənab Zamel “İran planı”nı “Blackwater”-in keçmiş rəhbəri və Trampın keçid komandasının məsləhətçisi Erik Prinsə göndəriblər. Onlar Prinslə planın elementlərini müzakirə ediblər, lakin o, görüşdə Səudiyyəyə satmağı planlaşdırdığı öz planının olduğunu açıqlayıb.


Səudiyyə kəşfiyyatı əfsanəvi general Qasim Süleymanini öldürmək istəyib...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Livandakı suriyalı qaçqınların sayı açıqlandı
    Bu haqda Livanın Rusiyadakı səfiri danışıb.
     18.12.2018
    Milli Məclisin sədri parlamentdə Nərmindən danışdı
    Spiker Oqtay Əsədov deyib ki, Mübariz İbrahimovla bağlı deyilən məsələ ətrafında müzakirələri izləyib.
     18.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ