1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:19.09.2019 09:16:41

Vəhabi krallıq həftəsonu dron hücumlarının sıradan çıxardığı neft emalı obyektlərinin yarısının fəaliyyətini bərpa etdiyini açıqlayıb.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, neftin qiyməti ucuzlaşmaqda davam edir.

Belə ki, Səudiyyə Ərəbistanı həftəsonu dron hücumlarının sıradan çıxardığı neft emalı obyektlərinin yarısının fəaliyyətini bərpa etdiyini açıqlayıb.

ABŞ xam nefti $1 dollar ucuzlaşaraq bareli $58.29, 'Brent' markalı xam neft isə 85 sent düşərək bareli $63.70 olub.

Saudi Aramco dövlət neft şirkətinin Abqaiqdəki neftayrıma zavoduna hücum bazar ertəsi neft qiymətlərini 14% artırmışdı. Bu, 1991-ci ildə İraq Küveyti işğal edəndən bəri müşahidə edilən ən yüksək qiymət artımı idi.

ABŞ-da çərşənbə günü benzinin litri 70 sentə qalxıb. Ötən həftənin ortalarında bu rəqəm 68 sent idi.

Beynəlxalq Enerji Agentliyi ehtiyat neftin istehlak üçün buraxılmasını nəzərdən keçirmir, çünki neft bazarında təchizatın kifayət qədər bol olduğu ehtimal edilir.

Ötən həftəsonu Səudiyyə Ərəbistanının neft sənayesinə edilən dron hücumları ölkənin neft hasilatının yarısını, qlobal neft təchizastının 5 faizini sıradan çıxarmışdı.

ABŞ və Səudiyyə rəsmiləri bu hücumlara görə İranı günahlandırır. Rəsmi Tehran isə hücumun Yəməndəki Husi üsyançıları tərəfindən törədildiyini iddia edərək ona bəraət qazandırır.

İranın son əməllərini əsas götürürək ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaları sərtləşdirmək barədə göstəriş verib.


Səudiyyə Ərəbistanı zədələnmiş obyektləri bərpa edir, neft ucuzlaşır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Netanyahu gedir; İsrail nazirlər kabinetini quracaq Benni Qants kimdir?
    İsrail prezidenti Nazirlər kabinetinin qurulmasını həvalə etmək qərarına gəlib
     23.10.2019
    Trampın ticarət məsələləri üzrə müşaviri istefa verib
    ABŞ prezidenti Donald Trampın ticarət məsələləri üzrə müşaviri Kelli Enn Şou vəzifəsindən istefa verib.
     23.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ