EURO 1,9479 NEFT 79,59
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:08.11.2017 18:03:17

Ərəbistanlı müxalif şahzadə Almaniyadan siyasi sığınacaq tələb etmədən əvvəl Ərəbistanda günlərlə qorxu, təhdit və vəhşət içində yaşadığını bildirib.

Ərəbistanlı müxalif şahzadə Almaniyadan siyasi sığınacaq tələb etmədən əvvəl Ərəbistanda günlərlə qorxu, təhdit və vəhşət içində yaşadığını bildirib.

İslamazeri.com xəbər verir ki, "Al-Alam" televiziyası ərəbistanlı müxalif şahzadələrdən Xalid bin Fərhan əs-Səudun Almaniyada iştirak etdiyi bir televiziya proqramında bu ölkədə insan haqlarının kütləvi şəkildə pozulduğunu və bəyan azadlığının olmadığını bildirərək, Səudiyyə rejiminin ölkə əhalisinə bir sıra azadlıqların verilməsi yolunda tələblərə qarşı çıxmasından sonra ona işgəncə edildiyini, ordudan istefa verməyə məcbur edildiyini və ölkəni məcburi tərk etdiyini deyib.

Özünü gözləyən aqibət və taleyindən heç bir qorxusunun olmadığını, ancaq Ərəbistan səfirliyindən 50-dən çox məktub aldığını və bu məktublarda ondan Səudiyyə kralından üzr istəməsi vəziyyətində əfv ediləcəyini qeyd edildiyini, amma bunu qəbul etmədiyini bildirən Səudiyyə şahzadəsi Xalid bin Fərhan Səudiyyə rəsmilərinin kiçik bacısı İbtisamı həbs edərək onu geri qayıtmağa məcbur etdiklərini, daha əvvəl də rejim əleyhinə ifşalar etməsi vəziyyətində bacısını öldürməklə təhdid etdiklərini söyləyib.

Açıqlamalara görə, hazırda Ərəbistanda 30 mindən çox siyasi məhbus var.


Səudiyyə şahzadəsi: Ərəbistanda insan haqları kütləvi şəkildə pozulur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərbəin zəvvarları üçün İran və İraqda Azərbaycan şəhidlərinin adına xeymələr quruldu - FOTO
    İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, Facebook istifadəçiləri İran və İraqda Azərbaycan şəhidlərinin adına İran və İraqda xeymələrin qurulmasıyla bağlı məlumatlar dərc edirlər. Qeyd edilir ki, bu xeymələrdə zəvvarlar üçün müxtəlif xidmətlər göstərilir...
     21.10.2018
    İranın millət vəkili Tehranda Səməd Vurğunun şeirini dedi - VİDEO
    İran kuboku çərçivəsində keçirilən “Urmiya 90” və “Perspolis” görüşü zamanı çəkilən görüntülər maraqla qarşılanıb.
     21.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ