EURO 1,9349 NEFT 71,42
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏYAT

Kateqoriya : XƏBƏRLƏR

HƏYAT

Yayınlanma tarixi:13.02.2018 14:46:43

Səudiyyədə qadınlara qarşı loyallaşma, qadağaların ləğvi istiqamətində ilər davam edir

İslamazeri.com-un "Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə olaraq müstəntiq qismində hüquq-mühafizə orqanlarına işə götürüləcəklər.

Bildirilir ki, bu vəzifədə işləmək istəyənlər ciddi seçmədən keçəcək və idman normativlərindən imtahan verəcəklər.

Sınaqlardan keçən qadınlar isə polisdə və ailə barışığına nəzarət üzrə komitədə işə başlayacaqlar.

Xanım namizədlərə olan tələblər arasında ali hüquqi təhsilin olması da var.

Müstəntiq qadınlar cinayət işlərinin araşdırması ilə məşğul ola, məhkəmə qərarlarının icrasını izləyə, həmçinin məhbusların şikayətlərini qəbul edə və onları cavablandıra biləcəklər.

Xatırladaq ki, bir müddət öncə səudiyyəli qadınlara avtomobil idarə etməyə, idman mərasimlərində və konsertlərdə iştirak etməyə və bir sıra yeni idman növləri ilə məşğul olmağa icazə verilib.


Səudiyyəli qadınlar ilk dəfə olaraq bu işlə məşğul ola biləcəklər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Türkiyə niyə bu yaxınlarda Suriyanın şimalından çəkiləcək?”
    Livanın "Əl-Əhd" xəbər saytı Suriyada hərbi sahədəki irəliləyişlər və beynəlxalq diplomatik hesabların Türkiyəni Suriyanın şimalından dərhal çəkilməyə məcbur edəcəyini yazıb.
     16.08.2018
    Pensiyaçılara şad xəbər
    Qurban bayramı münasibətilə avqust ayı üzrə bütün növ pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb.
     16.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ