EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:02.07.2018 10:22:43

BƏƏ rəsmisi Yəmənin Hudeydə liman şəhərinə BMT-nin humanitar məsələlər üzrə nümayəndəsinin missiyası məqsədi ilə hücumlara ara verilib.

İslamazeri.com xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin bildirdiyinə görə, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya Yəmənin Hudeyda liman şəhərinə BMT-nin humanitar məsələlər üzrə nümayəndəsinin missiyası məqsədi ilə hücumlara ara verilib.

Bunu Əmirliyinin xarici əlaqələr üzrə dövlət naziri Ənvər Qarqaş tvit edərək bildirib - voa qeyd edir.

Məlumata görə, xüsusi nümayəndə Martin Qriffit deyib ki, ötən həftə şiə üsyançılar və koalisya müzakirələrə hazır olduqlarına işarə etmişdi. İyun ayının ortlarından bəri koalisiyua Hudeydadan husiləri çıxarmağa çalışır.

Qriffit husilərin şəhərin idarəsinin BMT-yə təhvil verməyə razı olduqlarını deyib. Husilər - "Ənsarullah" hərəkatı isə bu açıqlamanı təsdiqləməyib.

Liman şəhəri Hudeyda Yəmənin həyat mənbəyi hesab edilir. Belə ki, yancaq, ərzaq və dərmanlar da daxil edilməklə, ölkəyə məhz bu limandan humanitar yardımlar çatdırılır.

Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya husilərə qarşı 2015-ci ilin martından mübarizə aparır.

Birləşmiş Millətlər Təşkilatı təxmin edir ki, son üç il ərzində 10 mindən çox insan öldürülüb. Onların əksəriyyətinin ölümünə səbəb hava hücumları olub.

Əslində Səud rejiminin çəkilməsinə səbəb nədir?

Əlbəttə ki, Səud rejimi və BƏƏ çəkilmə səbəbini öz məğlubiyyət və uğursuzluqları ilə əlaqələndirməsinə etiraf edilməsi mümkün deyildi. Odur ki, Səud və BƏƏ-nin Hudeydədən yalançı videosüjetlər verməsi də, yalan olduğu və  Səud və BƏƏ koalisiyasının Hudeydədə bataqlığa girdiyi və çıxmaq üçün çalışdığı gün kimi  aydındır. Yəmənin "Almasirah" telekanalı BƏƏ xarici əlaqələr üzrə dövlət naziri Ənvər Qarqaşın açıqlamasına işarə edərək, əslində onların çox sayda hərbçi və zirehli texnika itirdiyi və isti hava şəraitində artıq döyüşdən qaçdıqlarını bildirib.  Xatırladaq ki, liman şəhəri olan Hudeydəyə ilk öncə 3 hərbi gəmi ilə hücum edən Səud və dəstəkçiləri, əks hücumla gəmiləri vurulmuş, biri tamamilə sıradan çıxarılmış, digər gəmilər isə ərazini tərk etmişdi. Yəmənin Ənsarullah Hərəkatının Siyasi Büro üzvü Zeyfullah Şami Hudeydə müharibəsinin Səud rejimi və tərəfdaşları ilə Yəmən xalqı arasındakı döyüşdə tale həlledici döyüş olduğunu bildirmişdi.

Livan "Hizbullah"ının lider Seyid Həsən Nəsrullah Yəmənin Səud və dəstəkçilərilə müharibə və mübarizəsini ən şərəfli döyüş adlandıraraq, "kaş orda ola bilsəydim və sizinlə çiyin-çiyinə vuruşub, düşmənə qarşı müqavimət göstərsəydim" deyərək "Ənsarullah"a açıq-aşkar dəstək verdiyini bildirmişdi.

“Ənsarullah” və “Hizbullah” arasında oxşar cəhətlər:

1. İctimai dəstək. “Hizbullah”ın Livanda müsəlmanların dəstəyinin ən azı yarısını qazandığı kimi, “Ənsarullah” da, Yəmən əhalisinin 40 faizindən çoxunun dəstəyini qazanmışdır.
2. Hərbi güc - Ənsarullah da “Hizbullah” kimi hərbi gücə sahibdir İkisi də, öz ölkələrinin Ordusunun bir hissəsi sayılır.
3.  Məzhəb - hər ikisi şiədir. “Hizbullah” 12 imamçı, Yəmən isə zeydi və 12 imamçı. Qeyd edək ki, Husi hərəkatının yüksək rütbəlilərinin artıq 12 imamçı şiə olmaları haqda məlumatlar var.
4. İdeologiya və ittifaq - hər iki təşkilat ABŞ və İsrailə qarşı olmaqla İranla ittifaq halındadırlar və İslam Respublikasıyla yaxın münasibətlərə sahibdirlər.
5.  Suriya mövqeyi - Hər iki təşkilat Bəşər Əsədə dəstək verir
Huseyn Əl Husi hazırda “Ənsarullah”ın lideri olan Əbdülməlik Əl Husinin qardaşı olub. O əvvəl bu təşkilata rəhbərlik edib. Huseyn Əl Husinin İranın Qum şəhərində təhsil aldığı və sonra şəhid edildiyi də bildirilir .

Səudiyyənin Hudeydə məğlubiyyəti: Geri çəkildiklərini elan etdilər - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Generel Səlamidən Pompeoya cavab: İranlıların yemək artıqları 50 milyon amerikalı acı doyurar
    General Səlami bu reaksiyanı Pompeonun İran xalqını ac qoymaq təhdidinə göstərib.
     17.11.2018
    Məhərrəmovların Madriddəki şərab biznesi - FOTO-VİDEO
    Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesi ilə bağlı maraqlı araşdırma edilib.
     17.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ