1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:11.07.2019 12:30:28

“Məlumatlar təsdiq edir ki, dinc əhali arasındakı qurbanların sayı ikiqat artıb”

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın demokrat senatoru Kris Mörfi bəyan edib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə endirdiyi zərbələr nəticəsində dinc əhali arasındakı qurbanların sayı ikiqat artıb.

“Məlumatlar təsdiq edir ki, dinc əhali arasındakı qurbanların sayı ikiqat artıb”, - deyə o, ABŞ dövlət katibinin hərbi-siyasət üzrə məsləhətçisi Klark Kuper ilə beynəlxalq məsələlər üzrə komitədə birgə keçirdiyi dinləmələr zamanı bildirib. Sözügedən dinləmələr  isə qanunvericilər və administrasiya arasındakı Səudiyyə Ərəbistanına silah tədarükü ilə bağlı mübahisələrinin fonunda baş tutub. Bununla belə o, zaman periodunu və ölənlərin sayını dəqiqləşdirməyib.

Mörfi dövlət katibinin köməkçisindən bu məlumatları təkzib ya inkar edəcəyini soruşub. Kuper isə suala cavab verməyib və sadəcə olaraq qeyd edib ki, zərbələr zamanı dinc əhali arasındakı qurbanlarının sayının azaldılması üzrə ABŞ və Səudiyyə Ərəbistanı arasında işlər aparılır.

BMT-in uşaq hüquqları üzrə komitəsi ötən ilin sonunda bildirmişdi ki, 2015-ci ilin Mart ayından etibardən Səudiyyə koalisiyasının Yəməndəki hücumları nəticəsində azı 1248 uşaq həlak olub, 1284-ü isə yaralanıb.


Səudiyyənin Yəməndə öldürdüyü dinc insanların sayı 2-qat artıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019
    Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı (FOTOLAR)
    Xaçmaz rayonunun Nərəcan kəndində üç gün öncə baş verən intihar hadisəsinin təfərrüatı üzə çıxıb.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ