EURO 1,8952 TRY 0,2775
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:25.04.2019 17:12:05

“Əmlak özəlləşən zaman profili saxlamaq şərti olmayıb”

“Əmlak özəlləşən zaman profili saxlamaq şərti olmayıb”
“Təbriz” kinoteatrı 2007-ci ildə özəlləşmə haqqında mövcud qanunvericiliyə əsasən özəlləşib”. Bunu Bizimyol.info saytına açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib.

O bildirib ki, özəlləşdirmə zamanı əmlakın profilinin saxlanması şərti olmayıb.

Bakının Qara Qarayev prospektində yerləşən məşhur “Təbriz” (əvvəlki adı “Sevinc” ) kinoteatrı sökülmək üçün hasara alınıb. Ərazidə yaşayan sakinlər Unikal.org-a bildirib ki, hasara alınan kinoteatr sökülərək yerində bir neçə mərtəbəli ticarət mərkəzi, zirzəməsində isə geniş parkinq tikiləcək.

Məsələ ilə bağlı açıqlama verən Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bildirib ki, adıçəkilən kinotetar Mədəniyyət Nazirliyinin balansında deyil. Həmin kinoteatr 2000-ci ilin əvvəllərində özəlləşdirilib.

1970-ci illərdə istifadəyə verilən “Sevinc” (“Təbriz”) kinoteatrı uzun müddətdir fəaliyyət göstərmir.


“Sevinc” kinoteatrı ilə bağlı Əmlak Komitəsindən açıqlama

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanın sabiq nazirləri bir arada: “Range Rover”də 4 nəfər... - FOTO
    Azərbaycanın sabiq nazirləri uzun müddətdən sonra bir arada görünüblər.
     23.05.2019
    Dəmir yolunda yeni XİDMƏT - Bir məlumatın qiyməti 1 manatdır - FOTO
    Bakı Dəmiryol Vağzalının tranzit kassasında verilən hər bir məlumata görə 1 manat məbləğində xidmət haqqı tətbiq edilir.
     23.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ