EURO 1,8991 TRY 0,294
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:13.07.2019 12:14:15

Livan Hizbullahının lideri "Al Manar" telekanalının suallarını cavablandırıb.

Livan Hizbullahının lideri "Al Manar" telekanalının suallarını cavablandırıb.

İslamazeri.com xəbər verir ki, İsrailin Livanla yeni müharibə başlamasına Hizbullahın gücünün mane olduğunu deyən Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullah "İsrailin hörümçək torundan zəif olduğuna inanıram. Buna dəlillərimiz var. Misal üçün deyək ki, sionistlərin həssas strateji mərkəzləri və nüvə obyektləri qıza mənzilli raketlərimizlə vura biərik. İsrail bu hücumdan qoruna bilərmi? Sionistlər müqavimətin gücündən qorxduqları üçün yeni müharibəyə risk etmirlər. Öldürmək və yaşatmaq Allahın əlindədir, amma ümid edirəm inanıram ki, Əl-Əqsa məscidində - Qüdsdə namaz qılacağam.  Yeni müharibə olarsa, quru və dənizdən böyük sürprizlər İsraili gözləyir. İsrailin hər nöqtəsinə zərbə endirmək qüdrətindəyik.", -deyə bildirib.

Hizbullah lideri İsraillə yeni müharibənin baş verəcəyi təqdirdə 2006-cı il müharibəsindən daha böyük olacağını və İsrailin çökməsinə zəmin yaradacağını qeyd edib.

İsrailin Livanın dəniz və hava sahələrini pozmasına da işarə edən Nəsrullah bu mövzuda dövlətin bir addım atmadığlna görə, özləri bunun üçün plan hazırladıqlarını önə çəkib.

"Yüz ilin anlaşması"

ABŞ-ın Fələstinin satılması üçün "Yüz ilin anlaşması" məsələsindən də danışan Hizbullah lideri "Yüz ilin anlaşması" uğursuzluğa düçar oldu. Fələstinlilərin vəhdət içində sərgilədikləri mövqe ilə ərəb ölkələrində bu anlaşmaya dəstək verəcək böyük güc olmadığı üçün bu fiaskoya uğradı. Buna baxmayaraq bəziləri stol altında Fələstinin əleyhinə cızılan layihələrdə iştiak edirlər.", - deyə əlavə edib.

Suriya...

Suriya ilə bağlı da fikirlərini bölüşən Nəsrullah deyib: "Hizbullah Suriyadakı heç bir mövqeyini tərk etməyib. Bunu bir daha vurğulayıram ki, Suriyadakı varlığımız davam edir. Hizbullahın Suriyadakı sayının azalmasının isə ABŞ-ın embaqoları ilə əlaqəsi yoxdur. Hazırda Sruiyada çox sayda suriyalı geri dönüb və dönməkdədir."

Hizbullah lideri İsrailin Suriyaya hava hücumlarından da danışaraq "Netanyahu Suriyaya hava hücumları həyata keçirməklə İrana təzyiq edir, amma onlara deyirəm ki, İran Suriyadan çıxan deyil."

ABŞ-İran...

İranın ABŞ-a aid 220 milyon dollarlıq PUA-sını vurmasına toxunan Nəsrullah "Bu olaydan sonra Tehran üçüncü ölkə vasitəsiə ABŞ-a mesaj göndərdi. İran,  ABŞ rəsmiləri İrana hücum həyata keçirdikləri təqdirdə, ABŞ-ın bölgədəki mövqelərinin bombalanacağını xəbərdarlıq olaraq mesajda bildirildi. Bu mesajdan sonra Tramp İrana hücumdan vaz keçdi.", -deyə qeyd edib.

Livan Hizbullahının lideri İran-ABŞ müzakirələrilə bağlı isə sözlərinə belə davam edib: "İranlı rəsmilərin ABŞ ilə müzakirə etmək istəkləri yoxdur, - bunu dəfələrlə demişəm. Əgər kimlərsə embarqolarla nəsə olacağınını düşünürlərsə, İranın təslim olmayacağını bilməlidirlər. Onlar bu təhdidləri fürsətə çevirəcəklər."

Müharibə...

ABŞ-ın İrana qarşı müharibə başladacağı duruma işarə edən Seyid Nəsrullah "Əgər İran İslam Respublikasına qarşı müharibə törədilərsə, bütün bölgə alovlanacaq və Tehran əsla tək qalmayacaqdır. İrana qarşı savaşda iştirak edəcək hər bir ölkə və ya rejim onun əvəzini ödəyəcəkdir.", -deyə bildirib.


Seyid Nəsrullah: Öldürmək və yaşatmaq Allahın əlindədir, amma Qüdsdə namaz qılacağıma inanıram...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Sistaninin mesajını onun Kərbəla təmsilçisi Əhməd əs-Safi cümə xütbəsindən sonra oxuyub.
     14.12.2019
    Britaniyada mühafizəkarlar ümumi seçkidə qələbə qazanıb
    Cümə axşamı Britaniyada keçirilən seçkilərdə ən çox səs almış Mühafizəkarlar Partiyası 326 yerlə böyük çoxluğu əldə edib.
     13.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ