EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:26.08.2019 11:05:17

Hizbullah lideri: İşğal olunmuş Fələstində gələcək seçkilər sionistlərin qanı ilə keçiriləcək

İslamazeri.com "eastnews"a istinadən xəbər verir ki, Livanın Suriya ilə sərhədinin İŞİD və ən-Nusra terrorçularından azad olunmasının ikinci ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edən Livan "Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən Suriya və Livanda İsrail rejimi ordusunun keçirdiyi əməliyyatlara toxunub.

  "Hizbullah" rəsmisi dünən əl-Eyn şəhərində videokonfrans zamanı bildirib ki, iki il əvvəl "Hizbullah" və Livan ordusu, Suriya ordusu və müttəfiqlərinin köməyilə Livandakı Cerud Ərsal və Qərbi Qələmun bölgələrini terrorçu qruplardan azad etmək üçün 5 iyul əməliyyatına başlamışdı.

Suriya ilə Livan arasındakı ərazilər terrorçulardan təmizlənmişdi.   Seyid Həsən Nəsrullah, həmçinin iki ölkə xalqını və şəhid ailələrini Livan ordusu, "Hizbullah" və Suriya ordusunun terrorçulara qarşı qazandıqları uğur və qələbə münasibətilə təbrik edib.  

Suriyada iki "Hizbullah" döyüşçüsünün həyatını itirməsilə nəticələnən hava zərbəsinə toxunan Seyid Nəsrullah həmin zərbəyə məruz qalmış yerin İrana aid hərbi baza deyil, adi bir ev olduğunu və həmin evdə ancaq livanlı gənclərin olduğunu bildirib.  

"Dünən İsrail iki dronla Beyrutda bizim mövqelərə hücum edib. 2006-cı ilin avqustundan, yəni müharibə bitəndən bu günə kimi bu ilk hücumdur və biz bunu çox ciddi qəbul edir və buna mütləq cavab verəcəyik. Çünki cavab verilməsə, İraqda olduğu kimi bu davam edəcək. İndiyə kimi bütün seçkilərdə Netanyahu seçkilərə fələstinlilərin qanları üzərindən gedib. Amma bu dəfə seçki sizin qanlarınızın üzərində keçiriləcək. Bu gündən bizim cavabımızı gözləyin. İsrail əsgərləri təkcə sərhəddə deyil, hər yerdə, hətta Ağlama divarının kənarında bizi gözləsinlər. Bir gün, iki gün və ya üç-dörd gün gözləyin və israillilərə bildirin ki, dünən gecə baş verənlər qarşısında susmaq olmaz" - deyə Seyid Həsən Nəsrullah bildirib.


Seyid Nəsrullahdan İsrailə mesaj: ...cavabımızı gözləyin

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019
    Avropa İttifaqı: Plastik torbalar ödənişli olsun
    Biz istərdik ki, plastik torbalar ödənişli olsun. Bəlkə o zaman insanlar onu almaq istəməzlər.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ