EURO 1,8766 TRY 0,299
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:16.08.2019 11:09:20

Nigeriya dövlət məmuları müxtəlif bəhanələrlə Şeyx Zəkzakinin müalicəsinin qarşısını alaraq, onun Nigeriyaya qayıtmasına səbəb oldular

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzaki öz müalicə prosesindən narazı olduğuna, təhlükəsizlik məhdudiyyətlərinə və etimadediləsi həkimlərin olmamasına görə, dünən gecə Yeni-Dehlidən Nigeriyanın paytaxtı Abucaya geri dönüb.

Şeyx İbrahim Zəkzaki dünən bir video-mesajda öz səhhətini qeyri-münasib adlandırıb. Bildirib ki, Nigeriya hökuməti onun sağlamlıq durumu barədə Hindistan hökumətinə qeyri-düzgün informasiya verib və onun müalicəsini əngəlləyib.

Bundan öncə də Şeyx Zəkzakinin qızı və ona yaxın bir neçə mənbə, eləcə də Nigeriya İslam Hərəkatının fəalları xəbərdarlıq etmişdilər ki, o, əslində xəstəxanada həbsdədir və onun müalicə prosesi başlanmayıb.

London İslami İnsan Haqları Mərkəziinin məsul şəxsi Məsud Şəcərənin sözlərinə görə, Şeyx Zəkzakinin Hindistandakı müalicə vəziyyəti çox pis idi və onunla cinayətkar kimi rəftar edilirdi.

Nigeriya İslam Hərəkatı bildiribdir ki, bu ölkə hökuməti həmin hərəkatın rəhbəri Şeyx İbrahim Zəkzakini qətlə yetirməyə çalışır.


Şeyx Zəkzaki Hindistanı tərk etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səudiyyə Ərəbistanı zədələnmiş obyektləri bərpa edir, neft ucuzlaşır
    Vəhabi krallıq həftəsonu dron hücumlarının sıradan çıxardığı neft emalı obyektlərinin yarısının fəaliyyətini bərpa etdiyini açıqlayıb.
     19.09.2019
    Qeyri müsəlmanların Ərbəin yürüşündə iştirak etmələrinin səbəbi budur - Ayətullah Xamenei
    İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei dünən Ərbəin yürüşünün xidmətçiləri ilə görüşüb
     19.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ