EURO 2,1335 NEFT 64,84
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:17.07.2017 13:18:39

ABŞ və Kanadada təbii fəlakət ağır nəticələrə səbəb oldu.

İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Arizona ştatında güclü yağışlar nəticəsində baş vermiş sel zamanı 9 nəfər həyatını itirib.

Bu haqda ştatın şerifi məlumat verib. Qeyd edilir ki, ölənlərin hamısı məşhur göl və çayın yerləşdiyi Kold Sprinq rayonuna gələnlər olub.

Həyatını itirənlərin 5-i uşaqdır.

Hazırda axtarış-xilasetmə briqadaları insident nəticəsində itkin düşmüş 13 yaşlı oğlan uşağını axtarırlar.

Qonşu ölkə Kanadada isə güclü meşə yanğınları davam edir. Ölkənin Britaniya Kolumbiyası əyalətində 37 minə yaxın insan təxliyyə edilir.

Əyalətin meşə təsərrüfatı naziri Con Rastad bildirib ki, hazırda meşə yanğının söndürülməsi işlərinə 2,9 minə yaxın insan cəlb edilib. Onlara yanğınsöndürmə aviasiyası da yardım edir.

Nazir həmçinin əlavə edib ki, rəhbərlik meşə yanğınları ilə mübarizə üçün artıq on milyonlarla Kanada dolları xərcləyib.


Şimali Amerikada sel və meşə yanğını ağır fəsadlara yol açdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Badi Kubə qrupundan yeni
    İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, "Badu Kubə" İlahi Nəğmələr qrupu yeni ilahisini təqdim edib. İlahi 8-ci İmam Həzrəti Rza haqqında - "Ya Rza can" adlanır. Bu haqda özünün sosial şəbəkə profilində qrupun prodüsseri Elçin Ağazadə məlumat verib.
     17.02.2018
    Moskvada uşaq bağçasında azərbaycanlı qızın ölümü ilə bağlı TƏFƏRRÜATLAR
    Ötən gün Moskvada uşaq bağçalarının birində vəfat etmiş azərbaycanlı qızın atası Niyazi Rzayev qızın ölümü haqqında təfərrüatları açıqlayıb.
     17.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ