Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:17.08.2022 12:34:43

Almaniya kansleri Olaf Şolts bildirib ki, İsrail və Fələstin arasında uzunmüddətli sülh və təhlükəsizliyi təmin etmək üçün Yaxın Şərq probleminin siyasi həllinə ehtiyac var.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Paytaxt Berlində Fələstin dövlət başçısı Mahmud Abbasla görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında Şolts deyib:

“Görüşümüzdə ikitərəfli və regional məsələlər müzakirə edildi. Fələstin ilə Almaniya arasında çox yaxın və müxtəlif münasibətlər mövcuddur. Son vaxtlar Qəzzada artan gərginlikdən danışdıq və atəşkəsin davam etdirilməsini alqışladıq. Bu gərginlik iki tərəf arasında uzunmüddətli sülh və təhlükəsizliyi təmin etmək üçün Yaxın Şərqdəki münaqişənin siyasi həllinə ehtiyac olduğunu göstərir.

Biz də danışıqlar yolu ilə iki dövlətli həll üçün çalışırıq. Almaniya etibarlı tərəfdaşdır. Biz İsrailin Fələstin torpaqlarında məskunlaşma siyasətini qəbul etmirik. Açıq şəkildə bildirmək istəyirəm ki, mən “aparteid” (apartheid), yəni ayrı-seçkilik sözünü vəziyyəti təsvir etmək üçün işlədilməsində məqsədəuyğun hesab etmirəm”.

Fələstin prezidenti Mahmud Abbas öz növbəsindəki çıxışında Almaniyaya verdiyi dəstəyə görə təşəkkür edərək İsrailin təktərəfli addımlar atdığına, məskunlaşma fəaliyyətlərini zorakılıqla davam etdirdiyinə diqqət çəkərək deyib:

Bütün bunlara məruz qalmağımıza baxmayaraq, biz dinc müqavimətə üstünlük veririk. Bu yolu tərk etməyəcəyik. Biz terrorun və zorakılığın bütün növlərinə qarşıyıq.

Aparteid sistemini qəbul etməyəcəyik. Fələstin 77 ildir işğal altındadır və bunun bitməsini istəyirik”.


Şolts Mahmud Abbasın İsraillə bağlı dediyi "aparteid" sözünə etiraz edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənilərin Kəlbəcərdə basdırdığı növbəti 259 mina zərərsizləşdirilib
    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
     28.09.2022
    İstehlaka yararsız müxtəlif növ süd məhsulları məhv edilib
    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.
     28.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ