Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:9.08.2022 12:25:19

Sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşımlar edən Salyan rayon sakini polis əməkdaşları tərəfindən müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "İslamazeri.com"a bildirilib ki, özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən 1992-ci il təvəllüdlü R.B barəsində protokol tərtib olunub.

Həmin şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımanın tərkib əlamətləri olduğuna görə toplanmış materiallar məhkəməyə göndərilib.

R.B-nın evində olan hərbi təyinatlı geyim dəstləri aşkar olunaraq götürülüb.

Onunla polis əməkdaşları tərəfindən fərdi-profilaktik söhbətlər aparılmaqla, əməlin hüquqazidd olması onun və ailə üzvlərinin diqqətinə çatdırılıb.


Sosial şəbəkələrdə hərbçi adından paylaşımlar edən qadın saxlanılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sənan Əhmədova şəhid ailəsi statusu verilməməsi ilə bağlı məsələ Milli Məclisdə qaldırılıb
    "Necə yəni bir qardaşı olana şəhid ailəsi statusu verilmir? Ailəli birinə necə bir otaq verilə bilər?", - deputat Aqil Abbas bildirib.
     30.09.2022
    Bir qrup prokurorluq əməkdaşına ali xüsusi rütbələr verilib - SƏRƏNCAM
    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
     30.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ