1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.04.2017 16:05:47

Bir neçə gündür Bakının Yasamal rayonunda yerləşən və "Sovetski" kimi tanınan ərazidəki məscidlərin sökülüb-sökülməyəcəyi məsələsi gündəmdədir.

İslamazeri.com "FaktXəbər"ə istinadən verdiyi məlumata görə, söhbət Hacı Əbdürrəhimbəy Qulubəyov və Hacı Cavad məscidindən gedir. 

Hacı Əbdürrəhimbəy məscidi fəaliyyətdə olmasa da, məscid Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarixi və mədəniyyət abidəsi kimi qorunur və 3607 No-li inventar kimi qeydiyyatdadır. Amma Hacı Cavad məscidi illərdir fəaliyyət göstərir və bu məscid də XIX-XX əsrlərə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur, 3511 No-li inventarla qeydiyyatdadır.

Hacı Cavad məscidinə ötən həftənin cümə günü İcra Hakimiyyətinin nümayəndəsi gələrək 2 gün ərzində məscidi boşaltmalarını, söküntü olacağını bildirib. Amma hadisədən bir gün sonra Dini Komitənin nümayəndəsi gələrək, yanlışlıq olduğunu və məscidin sökülməyəcəyini deyib.

Amma bu da son olmayıb. Dini Qurumlarla İş üzrə Dovlət Komitəsindən məscid rəhbərliyinə yenidən bildirilib ki, məscid tezliklə söküləcək, onun saxlanması mümkün olmayıb. Bunun səbəbi odur ki, həmin ərazidə aparılan yenidənqurma işlərinin planında o məscid yoxdur. Yeni plan hazırlamağa məsul qurumlar isə layihəni dəyişmək istəmirlər.

Sözügedən məsələlərlə əlaqədar FaktXəbər Mədəniyyət və Türizm Nazirliyinə, Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinə və Yasamal rayon İcra Hakimiyyətinə müraciət edib. Əlaqədar orqanlardan bu yöndə yaranmış müəmmaya aydınlıq gətirilməsini və rəsmi açıqlama ilə çıxış etmələri xahiş olunub. Saytın yazdığına görə,  hər 3 dövlət orqanı cavab üçün vaxt istəsələr də sonradan telefonları qaldırmayıblar.

"Azəravtoyol" ASC-nin "Sovetski" məhəllələri üçün hazırladığı 3D görüntülü plana nəzər yetirərkən isə, yeni layihədə doğrudan da sözügedən məscidlərin olmadığı məlum olub.

Hacı Abdürrəhimbəy Qulubəyov məscidinin ərazisinin bir hissəsi 18 mərtəbəli binanın avtomobil parkına, digər hissəsi isə yaşıllıq zolağına düşür.

 

Hacı Cavad məscidinin ərazisi isə tamamilə yaşıllıq zolağına düşür.

Hesab edirik ki, hər iki məscidin tarixi abidə statusunu nəzərə alaraq, yekunda sökülməyəcəyi ilə bağlı qərar çıxarıla bilər.

 


"Sovetski"nin yeni layihəsində məscidlər yoxdur - FOTO-VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “EuroHome”da sahibkarlara ödəniləcək kompensasiya ilə bağlı müzakirə keçirilib
    Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib.
     13.12.2019
    ABŞ Senatı erməni soyqırımının tanınmasına dair qətnaməni qəbul etdi
    ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin qətllərinin soyqırım kimi tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib
     13.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ