1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:10.06.2020 11:27:31

"Qasim Süleymaninin yerini xarici kəşfiyyata ötürən şəxs həbs olunub və edam ediləcək"

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki,bunu İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili  keçirdiyi mətbuat konfransında deyib.

“Həbs olunan Mahmud Musəvi Məcd həm Mossada, həm də CİA ilə əməkdaşlığı olub. O, dollar müqabilində şəhid Qasim Süleymaninin gediş-gəlişi ilə bağlı məlumatları toplayıb və aidiyyəti üzrə xarici xəfiyyə orqanlarina ötürüb. Onun haqqında edam hökmü təsdiq olunub”, - deyə Q. İsmaili vurğulayıb.

* Bu açıqlamadan sonra bəzi saytlar və sosial şəbəkələrdə casusluq edən şəxslə bağlı müxtəlif versiyalar irəli sürülüb.

İddialara görə, həbs olunan şəxs İnqilab Keşikçiləri Korpusunda işləyib. Lakin bu məlumat hələki təsdiqlənməyib.

Bəzi sosial şəbəkə istifadəçiləri həbs olunan şəxsin "Hərəm müdafiəçi"lərindən olduğunu bildirsə də, bu məlumata da rəsmi "təsdiq möhürü vurulmayıb". Həbs olunan şəxsin İraqda və ya İranda həbs olunduğu də dəqiq bilinmir. 

Göründüyü qədər, İran Güc Strukturları ətraflı rəsmi açıqlama verməyə tələsmirlər.

Lakin rəsmi ətraflı açıqlama verilməsə də, Mahmud Musəvi Məcdin adi vətəndaş olmasını düşünmək də sadəlövhlükdür. Çünki, sadə vətəndaşın Süleymani kimi generalın hərəkət marşrutunu biləcəyi mümkün deyil. Odur ki, casusluq nəticəsində bu sui-qəsd və terrora alət olan Məcdin istər İraqda, istər İranda gizli məlumatlara sahib qurumun əməkdaşı olduğu ehtimalı həqiqətə yaxındır.

Qeyd edək ki, bu ilin yanvar ayında Bağdad Hava limanında raket hücumu nəticəsində, SEPAH-ın “Qüds” briqadasının komandanı general Qasim Süleymani və İraq Xalq Səfərbər Qüvvələrinin komandani Əbu Mehdi əl-Mühəndis sui qəsd nəticəsində qətlə yetiriliblər.


Süleymaninin yerini CİA-ya ötürdüyünə görə edam olunacaq şəxs ətrafında müəmma...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin: Quranın əsasını ədalət və mərhəmət təşkil edir
    Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.
     01.08.2020
    Azərbaycanda koronavirusdan sağalanların sayı artır: 279 yoluxma, 592 sağalma
    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     01.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ