EURO 1,923 TRY 0,2477
USD 1,7 RUB 0,0237
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:01.06.2019 19:26:27

Suriya ərəb dövlətlərinin bəyanatına reaksiya verib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya Xarici İşlər Nazirliyi (XİN) ərəb dövlətlərinin Məkkədəki sammitin yekunundakı bəyanatını özünün daxili işlərinə müdaxiləni adlandırıb.

Həmin bəyanatda iddia edilir ki, İranın Suriyadakı mövcudluğu ölkədəki vəziyyətə mənfi təsir edir. Sammit iştirakçıları İranın Suriyadakı böhrana müdaxiləsini pisləyib.

“Suriya sammitin yekun bəyanatını rədd edir və məhz bu bəyanatı Suriyanın daxili işlərinə edilən qəbuledilməz müdaxilə hesab edir”, - deyə Suriya XİN bildirib.

Suriya həmçinin xatırladıb ki, İran qüvvələrinin Suriyadakı mövcudluğu “qanunidir”, çünki onlar Suriya hökuməti tərəfindən dəvət ediliblər.

“İran terrorçuluqla mübarizədə Suriyanı dəstəkləyir. Bu sammitin bəzi iştirakçıları isə terrorçuluğa dəstək verirlər”, - deyə qeyd edilib.

Rəsmi Dəməşq bildirir ki, sammit iştirakçıları Suriya böhranını uzatmaq məqsədi ilə terror qruplaşmalarına “müxtəlif formalarda məhdudiyyətsiz dəstək” verən bir sıra digər ölkələrin Suriyanın daxili işlərinə etdiklərini müdaxiləni pisləməli idi.


Suriya ərəb dövlətlərinin cavabını verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda günlük COVİD 19 statistikası: 513 nəfər yoluxub, 440 nəfər sağalıb
    Azərbaycanda 513 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     06.07.2020
    Məşhur oteldə jurnalistlərə
    1992-ci il təvəllüdlü İsmayıl Babayev həbs olunub.
     06.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ