1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:12.02.2020 16:14:58

Raşidin-4 bölgəsini də terrorçuların işğalından azad edib

İslamazeri.com Suriya rəsmi mediasına istinadən xəbər verir ki, Suriya Ordusu Hələb vilayətinin digər bölgələrinin terrorçuların işğalından azad edilməsini elan edib.

Suriya ordusu Hələbin cənub-qərbində yerləşən Kəfər Nuran  və qərbində yerləşən Xan Ələşəl kəndlərini azad etməyə müvəffəq olub.

Suriya İnsan Haqları Gözətçisi  adlı mərkəzin bildirdiyinə görə, bu ölkə ordusu Hələb-Dəməşq avtomagistralını öz nəzarətinə alıb.

Suriya ordusu həmçnin Hələb şəhərinin ətrafında yerləşən Raşidin-4 bölgəsini də terrorçuların işğalından azad edib.

Suriya ordusu ötən günlər ərzində  600 kvadrat -kilometrdən çox olan öz irəliləyişlərinin davamında yeddi ildən sonra Hələb-Dəməşq beynəlxalq avtomagistralını azad və Suriyanın iki iri şəhəri arasında gediş-gəlişi bərqərar edib.

İdlib vilayəti terror qruplarının Suriyadakı sonuncu bazalarıdır. Bu vilayətin, həmçinin Laziqiyyənin şərqi və Hələbin qərb hissələrinin azad edilməsilə terrorizmin bu ölkədəki iştirakına son qoyulacaq.


Suriya Ordusu Raşidin-4 bölgəsini də terrorçulardan təmizlədi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı
    Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir
     04.04.2020
    DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi
    Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran suallara aydınlıq gətirib.
     04.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ