1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:19.08.2019 16:00:15

Suriya ordusu terrorçuların Xan Şəyxuna yardım xəttini kəsib.

İslamazeri.com  xəbər verir ki, Suriya ordusu İdlib vilayətinin cənubundakı anti-terror əməliyyatlarında  dünən gecə Xan Şəyxun şəhərini mühasirə etdikdən, terrorçuları geri oturtduqdan və beş ildən sonra bu şəhərə daxil ola bilib.

Suriya ordusu "Nusra Cəbhəsi" terrorçularının Xan Şəyxuna yardım xəttini kəsib, bu haqda İran mediası xəbərlər dərc etməkdədir.

Məlumata görə, Suriyanın ordu qüvvələri bundan öncə İdlib vilayətinin cənub mehvərində Media qəsəbəsinə tərəf hərəkət edərək, Xan Şəyxun ətrafındakı təpələri və əkin sahələrini azad edə billiblər. Onlar beləliklə bu son dərəcə mühüm bölgədə terrorçuları mühasirəyə almağa müvəffəq olub.

Xan Şəyxun İdlibin şimal, qərb və şərq mehvərlərinin əlaqə halqasıdır və onun azad edilməsi Suriyanın iqtisadi mərkəzi olan Hələb yolunun yenidən açılmasının ilk addımı sayılır.

Xan Şəyxunun hərbi önəmi də bundadır ki, ona nəzarət Suriya ordusuna asanlıqla şimala, yəni "Maarat Nuuman"a tərəf hərəkət imkanı verir. Bu bölgə Suriyanın şimal, cənub, şərq və qərbə doğru beynəlxalq yollarının əlaqə halqasıdır.

Qeyd edək ki, son dəqiqə xəbərə görə, Suriya Ordusu SANA xəbər agentliyi vasitəsilə bir məlumat yayaraq, Xan Şeyxundakı terrorçuların məhv edilməsini önləmək üçün Türkiyə Ordusunun zirehli texnikasnın Türkiyə sərhəddindən Suriya sərhədini keçərək Xan Şeyxuna tərəf irəliləməsilə bağlı açıqlama yayıb. 

Türkiyənin DHA agentliyi isə bununla bağlı belə bir xəbər yayıb: "Suriyada rejim güclərinin bombardmanı, İdlibdə gecə boyu davam edib. Türkiyə Silahlı Qüvvələrinin Xan Şeyxun bölgəsində olan 9 və 10 N-li nəzarət nöqtələrinə səhər saatlarında göndərilən hərbi maşın və personalının yolu qırıcılar vasitəsilə vurulub. Maaret el Numan və Xab Şeyxun arasındakı yolun hədəf alınması səbəbilə Türk Ordusunun konvoyu, irəliləyə bilməyərək,  təhlükəsiz yerdə qərar tutub. Anadolu Agentliyi isə Suriya Ordusunun Türk Ordusunun Suriyadakı konvoyunu hədəf alması nəticəsində 3 mülki vətəndaşın öldüyünü, 12 nəfərin isə yaralandığını bildirib.


Suriya Ordusundan terrorçulara ağır zərbə: Xan Şeyxun şəhəri azad olundu, lakin...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib
     16.11.2019
    “Müsavat Partiyası qanunsuz miqrasiya ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır”
    Müsavat Partiyası Almaniyada mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ