1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:18.09.2019 14:40:55

Yol polisini təhqir edən sürücü bütün polislərdən üzr istəyib

Yol polisini təhqir edən sürücü Fəxrəddin Nəsirov bütün polislərdən üzr istəyib.

“Report”un xəbərinə görə, hadisə barədə danışan sürücü deyib ki, polis əməkdaşı ondan sənədini təqdim etməsini istəyib. 

“Sənədimi polis əməkdaşına təqdim edəndən sonra məndən taksi faəliyyəti ilə məşğul olmaq üçün lisenziyamın olub-olmadığımı soruşdu. Mən də ona “yox” cavabı verdim. Polis əməkdaşı da mənə protokol yazdı. Mən şəkər xəstəsiyəm və polisin bu hərəkətinə əsəbləşib, onu təhqir etdim. Həmin polis əməkdaşını tapıb üzr istəyəcəm. Bütün polis əməkdaşlarından üzr istəyirəm”, - F.Nəsirov bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olan polis zabitinin sürücüyə qayda pozuntusuna görə protokol tərtib etdiyi barədə video yayılıb. Polis protokol tərtib edəndən sonra sürücü asayiş keşikçisini təhqir edib. 


Sürücü bütün polislərdən üzr istəyib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Netanyahu gedir; İsrail nazirlər kabinetini quracaq Benni Qants kimdir?
    İsrail prezidenti Nazirlər kabinetinin qurulmasını həvalə etmək qərarına gəlib
     23.10.2019
    Trampın ticarət məsələləri üzrə müşaviri istefa verib
    ABŞ prezidenti Donald Trampın ticarət məsələləri üzrə müşaviri Kelli Enn Şou vəzifəsindən istefa verib.
     23.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ